7 Mart 13:37

Nardaranda “Olimpiya Hərəkatı” proqramı çərçivəsində məktəblərarası yoldaşlıq görüşü keçirildi

Sabunçu rayonu Nardaran qəsəbəsində Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı həyata keçirilən “Olimpiya Hərəkatı” kütləvi idman proqramı çərçivəsində məktəblərarası yoldaşlıq görüşü keçirildi.

 

Basketbol 3×3, futbol və atletika idman növləri üzrə keçirilən yoldaşlıq görüşündə 100 nəfərdən artıq şagird iştirak etmişdir. Tədbirin əsas məqsədi məktəblilərin Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış gənc idmançılara köməklik göstərmək, həmçinin şagirdləri müxtəlif idman növləri vasitəsilə sağlam və aktiv həyat tərzinə həvəsləndirməkdən ibarət idi.

 

Tədbirdə Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin səlahiyyətli şəxsləri ilə birgə “Olimpiya Hərəkatı” beynəlxalq idman proqramının Ulduz İdmançıları Amil Həmzəyev (basketbol) və Orxan Qələndərov (badminton) iştirak edirdi. Gənc idmançılara dəstək olmaq üçün yarışa 2015 Avropa Oyunlarının  karate idman növü üzrə bürünc mükafatçısı Niyazi Əliyev də qatımışdır. Niyazi Əliyev Karate – Do idman növü ilə məşğuldur. O, 3 qat dünya və 4 qat Avropa çempionudur. Dəfələrlə dünya və Avropa çempionu olmuş və turnirlər qalibidir. İdmanla təxminən 16 ilə yaxındır ki, məşğuldur. Peşəkar olaraq, 11 ildir ki, yarışlara qatılır.

 

 

Ümumilikdə, 400-ə qədər məktəbi əhatə etmiş “Olimpiya Hərəkatı” proqramı çərçivəsində 12-16 yaşlı şagirdlər arasında müxtəlif səviyyəli 100-ə yaxın yarış və təşviqedici təlim-məşq toplantısı, həmçinin yoldaşlıq görüşü keçirilib. Milli idman federasiyalarının dəstəyi ilə keçirilmiş yarış və məşqlərdə 30%-i qızların təşkil etdiyi 50 minə yaxın məktəbli iştirak edib. “Olimpiya Hərəkatı” proqramında şagirdlərə dəstək olan məşqçi və müəllimlərin sayı 1 500 nəfərdir. Şagirdləri 5 minə yaxın tamaşaçı dəstəkləyib. “Olimpiya Hərəkatı” proqramı 2016-ci ilin aprel ayında Bakı 2015 Avropa Oyunlarının yarış obyektindən birində təşkil olunacaq final yarışları və idman festivalı ilə başa çatacaq.

36e755fe-5e6e-442a-b1ff-4f40e74cf27f 297a4c6f-1a3a-437a-9530-e376264d5b52 d575dd84-3735-433f-963f-52a1aab562fb

Bəyən və paylaş

Rəylər

rəy(lər)