Natiqliyin sirrləri – şəxsi inkişaf seminarı

Seminar haqqında:
Natiqlik yalnız siyasətçilərə gərək deyil. Biz hamımız səlist danışmağı bacarmalıyıq: tələbə sinif qarşısında, işçi müdiri və həmkarları qarşısında, qrup rəhbəri tabeçiliyində olan işçilər qarşısında, dövlət işçisi qulluq etdiyi xalq qarşısında… Qısacası, hamı bunu bacarmalıdır. Bu görüş danışığını daha təsirli, fikirlərini daha yaddaqalan, çıxışlarını daha cəlbedici etmək arzusunda olan insanlar üçündür. Qısacası, həyatda uğur qazanmaq istəyən insanlar üçün.

Seminarın nəticəsində aşağıdakıları öyrənəcəksiniz:

Çıxış zamanı həyəcanı necə cilovlamaq olar
Auditoriya ilə dialoqu necə qurmaq olar
Əhvalat danışmaq nitqinizə hansı dəyər gətirir

Ekspert:
Rəşad Bayramov kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə Azərbaycanda aparıcı ekspertdir. Onun son on il ərzində qazandığı təcrübə ölkə prezidentləri və iri transmilli şirkət rəhbərləri də daxil olmaqla müxtəlif VİP auditoriyalar qarşısında çıxışları əhatə edir. Cənab Bayramovun sonuncu iri layihəsi yarımfinal və final mətbuat konfranslarında moderator kimi işlədiyi, bütün Avropa üzərində televiziya ilə canlı yayımlanan Eurovision 2012 müsabiqəsidir. Rəşad Bayramov ADU-dan filologiya üzrə magistr (2001) və ABŞ-in Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə magistr (2004) dərəcəsini əldə edib.
www.rashadbayramov.com
www.facebook.com/rashadbbayramov

Seminar 19 noyabr saat 11:00-da keçiriləcək.

İştirak ödənişsizdir. Grow Center üzvləri və qeydiyyatdan keçən ilk 15 nəfər qeyri-üzv qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Qeydiyyatdan keçmək üçün linki doldurmanız lazımdır:
https://goo.gl/forms/JLvg1iBwgzPc8snC3

Ətraflı Məlumat üçün
012 480 09 44
050 254 56 94
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 1/7
www.growcenter.az

Şənbə 11:00 – 12:30

Bir cavab yazın

Back to top button