“Naxçıvan filialına Kredit mütəxəssisi” vakansiyası

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

 

  • Yeni müştərilər cəlb etmək,  mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
  • Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
  • Kredit almış hər bir müştəri üzrə kredit tarixçəsinin yaradılması və aparılmasını təmin etmək;
  • Kredit almaq üçün müraciət edən müştərilərə kreditləşmə barədə məsləhətlər vermək, kreditin növləri, tətbiq edilən faiz dərəcələri, şərtləri və tələb olunan sənədlər barədə məlumat vermək;
  • Kreditin verilməsinə dair qərar qəbul edildikdə, kreditlərin verilməsi üzrə daxili Qaydalar əsasında kreditin rəsmiləşdirilməsi prosedurlarını yerinə yetirmək;
  • Problemli kimi təsnifləşdirilmiş kreditlər üzrə müvafiq tədbirlər görülməsinə dair ABB-nin problemli kreditlərlə iş departamenti ilə birgə iş aparmaq.

Vakant vəzifə üzrə tələblər:

 

  • Ali təhsilli
  • Bankda ən azı 2 illik müvafiq vəzifə üzrə stajı olan namizədlərə üstünlük verilir
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Ünsiyyətçilik, şəffaflıq, təşəbbüskarlıq
  • Komandada işləmək bacarığı
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
  • Riyazi hesablama aparmaq qabiliyyəti
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti

 

Bu iş sizə nələri qazandıracaq:

 

  • Bank sahəsində  iş proseslərini və təlimatlarını dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq imkanı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Naxçıvan filialına Kredit mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Show More

Bir cavab yazın

Back to top button
Close