12 Aprel 22:31

“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək

7-8 iyul 2017-ci il tarixlərində Naxçıvan şəhərində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsidir.

Beynəlxalq konfransın əsas istiqamətləri tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq və incəsənət sahələri üzrə olacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 31 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məruzələrə aid tələblər, qeydiyyat forması və digər məlumatları www.ameanb.nakhchivan.az saytından əldə etmək olar.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76.

Tel: (+994 36) 545 16 80, 544 09 64.

Bəyən və paylaş

Rəylər

rəy(lər)