NAYORA könüllü qəbulu elan edir!

Azərbaycanın ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası könüllü qəbulunu elan edir.

 

NAYORA Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 133 gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.

25 ildir fəaliyyət göstərən Milli Şura könüllülərlə işi daim diqqət mərkəzində saxlamış və könüllü fəaliyyətinə geniş yer vermişdir. Təkcə geridə qoyduğumuz “Könüllülər İlində” 200-dən çox müraciətçi arasından 50 könüllü seçilmiş və 6 ay müddətində onlar uğurla öz fəaliyyətlərini davam etdirmiş, yeni bilik və bacarıqlar qazanmışdır.

Bununla yanaşı, ölkə gənclərimizin beynəlxalq təmsilçiliyində NAYORA könüllüləri xüsusilə fərqlənmiş, müxtəlif ölkələrdə keçirilən 100-dən çox onlayn və oflayn tədbirlərdə iştirak haqqı qazanmışlar.

Əgər siz də şəxsi bacarıqlarınınızı inkişaf etdirmək, komanda ilə işləmək, layihə və tədbirlərdə iştirak edərək özünüzü inkişaf etdirmək istəyirsinizsə o zaman NAYORA komandasına qoşula bilərsənsiniz!

Müraciət üçün link: https://cutt.ly/xjdCH7d

Müraciət üçün son tarix: 15 yanvar 2021, saat 23:59

Bir cavab yazın

Back to top button