Cümə axşamı, 21 Avqust, 2025

"Nə? Harada? Nə zaman? intellektual yarışı keçiriləcək


  • Dərc edildi: 8 Noyabr, 2021 - 05:31
"Nə? Harada? Nə zaman? intellektual yarışı keçiriləcək

"Davam” Gənc Hüquqşünaslar Klubunun nəzdində fəaliyyət göstərən “Qadın Hüquqlarının Müdafəsi” mərkəzi tərəfindən ilk dəfə təşkil olunan Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə gününə həsr edilmiş "Nə? Harada? Nə zaman? intellektual yarışı üçün qeydiyyat başlamışdır. Məhz belə bir intellektual yarışın təşkil edilməsində əsas məqsədimiz gənclərimizin bu sahəyə olan maraqlarını artırmaq, qadın hüquqları problemini daima xalqımızın, xüsusilə də gənc hüquqşünaslarımızın diqqət mərkəzində saxlamaqdır. Əgər siz də yarışda iştirak edərək qadın hüquqları problemi ilə daha yaxından tanış olmaq və bu sahədə biliklərinizi genişləndirmək istəyirsinizsə qeydiyyatdan keçməyə tələsin! Aşağışdakı link vasitəsiylə qeydiyyatdan keçə bilərsiniz: https://lnkd.in/gNWn-bEP Qaydalar: 1. hər komandada 3-5 şəxsin iştirakı nəzərdə tutulub. 2. yarış 24 sualdan ibarətdir. Suallar qadın hüquqları ilə əlaqədardır. 3. sualların şəffaflığına xüsusi apellyasiya jürisi tərəfindən nəzarət ediləcək. 4. 12 sualdan sonra coffe break fasiləsi olacaq. 5. yarışın sonunda komandaların xalları eyni olarsa, əlavə suallar oynanılacaq. Qaliblərə müxtəlif hədiyyələr və sertifikat veriləcəkdir

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...