“Nə hərb, nə sülh” adlı sərgi keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı ARTIM layihəsi çərçivəsində “Nə hərb, nə sülh” adlı sərgini ARTIM Layihə Məkanında təqdim edir.
Açılış: 20 oktyabr 2017-ci il, 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir

“Nə hərb, nə sülh” adlı sərgi Azərbaycan rəssamlarının Qarabağ konflikti mövzusuna olan baxışını açıqlayır. Nə hərb, nə də sülh vəziyyətində yaşayan insanların mövdcudluq faktı üzərində işləyən rəssamlar, bu həyatın müxtəlif tərəflərini göstərməklə, problemə ictimaiyyətin diqqətini çəkməyə çalışırlar. Gündəlik atışmaların artıq gündəlik həyatın ayrılmaz hissəsi hesab edən yerli sakinlər, öz həyatları bahasına yurdlarında yaşayırlar. 26 il davam edən münaqişə nəticəsində hər iki tərəfin dinc əhalisi ziyan çəkir.

Fotoqraf Sitara İbrahimova “Donmuş münaqişə”, “Qarabağda itkin düşənlər”, “Kənar” və “Veteran” adlı silsilə fotolarında müharibə izlərini və “müharibə şəraitində” yaşayan insanları əks etdirir.

Elturan Məmmədov “Top-20” adlı səs instalyasiyası Qarabağ zonasında hal-hazırda yaşayan insanların reallıqdan qaçış kimi qiymətləndirirərək, o zonada ən çox dinlənilən 20 musiqi trekini təqdim edir. Rəssamın digər “Bayraq” adlı əsəri bayrağın vətəndaşların ümumi ruh yüksəkliyini və xüsusən də, bu əhvalın “aprel müharibəsi” dövründə daha da gücləndiyindən danışır.

Elnur Babayevin “Qaçqınlar” silsiləsi 90-ci illərdə Qarabağdan qaçqın düşmüş insanların Sabirabadda məskunlaşmasını əks etdirir. Sənədli fotolarda təkcə tarixi hadisələrə istinad deyil, həm də yaşayış şəraiti və infrastrukturun, eləcə də ölkənin o zaman olan vəziyyətini göstərir.

İlkin Hüseynov “Müharibənin dumanı” adlanan foto silsiləsi ilə cəbhə bölgələrində yaşayan insanların portretlərini təqdim edir.

Erkin Ələkbərlinin “Xarı bülbül” instalyasiyası Qarabağın simvolu sayılan gül vasitəsilə çatdırılan, sökülmüş şəhər, qırılmış həyatlar və sınmış arzuların alleqorik təcəssümüdür.

Zamir Süleymanovun “Günah kimdədi?”instalyasiyası Qarabağ münaqişəsinin kimin günahkar olmasından və ümumiyyətlə Azərbaycanın regionda tutduğu geo-siyasi mövqeyindən söhbət açır.

Rəylər

rəy(lər)