12 Dekabr 17:34

“Nəcib Məhfuz oxucuların gözü ilə…” adlı esse yarışması

Misir Mədəniyyət və Təhsil Əlaqələri mərkəzi Manera.az-ın təşkilati dəstəyi ilə “Nəcib Məhfuz oxucuların gözü ilə…” adlı esse yarışması elan edir.

Layihə 34 roman və 350-dən çox hekayə müəllifi, Nobel mükafatı laureatı, misirli yazıçı Nəcib Məhfuz yaradıcılığına Azərbaycan oxucusunun münasibətini öyrənmək məqsədilə həyata keçirilir.
Yarışmaya Nəcib Məhfuzun yaradıcılığından bəhs edən mətnlər göndərilməlidir.

Edumap.az xəbər verir ki, esselərin həcmi minimum 7 min, maksimum isə 10 min işarə olmalıdır. Yarışmada iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Həmçinin əsərləri onluğa düşən müəlliflər diplomla təltif olunacaqlar. İlk I yerin qalibinə pul mükafatı, diplom və Misir Ali Təhsil Nazirliyinin medalı, II və III yerin qaliblərinə pul mükafatı, diplom veriləcək.
Müəllifin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində, “Qanun” nəşriyyatı, “Şərq-Qərb” nəşriyyatında çap edilib.
Müraciət üçün son tarix: 15 fevral 2017-cı il. Nəticələr 2017-ci ilin mart ayında elan olunacaq.

İştirak etmək istəyənlər ətraflı məlumat üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət edə bilərlər:

Ünvan: Bakı, Nərimanov, Hüseyn Arif 14. Telefon: (+994 12) 561-12-17

Bəyən və paylaş

Rəylər

rəy(lər)