2 İyul 12:08

Neft kimyası üzrə IX Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçiriləcək

4-5 oktyabr 2016-cı il tarixlərində AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə neft kimyası üzrə IX Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd neft emalı və neft kimyası sahəsində əldə olunmuş elmi nəticələrin müzakirəsi, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

Tədbirdə, həmçinin ali və ümumtəhsil müəssisələrində kimyanın tədrisi problemləri də müzakirə olunacaq.

© www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)