“Neft-qaz problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı keçiriləcək

Mayın 24-də AMEA-nın Neft və Qaz İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Neft-qaz problemləri və perspektivləri” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. Konfrans neft və qaz geologiyası, geokimya, geofizika, geodinamika, geoekologiya, hidrogeologiya, quyuqazma texnologiyaları elmi istiqamətlərini əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 14-dək [email protected] email ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button