12 Dekabr 16:34

“Nəmli Dünya” ustad dərsinin yekun təqdimatı

YARAT Müasir İncəsənət Məkanı sizi YARAT-ın beynəlxalq rezidenti Cuditta Vendrame və ARTIM Lab iştirakçıları Şəlalə Salamzadə, Yunis Novruz, Təranə Quliyeva, Günay Əliyeva, Roman Qocayev və Nəzrin Musayeva tərəfindən keçiriləcək “Nəmli dünya” adlı müzakirəyə dəvət edir.

16 dekabr, 18:00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küçəsi 30, 001A

Giriş sərbəstdir

Bu tədbir YARAT-ın beynəlxalq rezidenti Cuditta Vendrame tərəfindən keçirilmiş “Xəzər dənizi və Neft Daşları” mövzusu üzrə ustad dərslərinin yekun nəticəsidir.

Cuditta Vendrame öz yaradıcılığında suyun daxili və onunla əlaqəli olaraq dənizləri, okeanları və çayları araşdırır. O, əvvəllər, Dunay çayı, Ölü və Aralıq dənizləri haqqında apardığı araşdırmalarına Xəzər dənizini də əlavə etdi. Rəssam birinci ustad dərsində iştirakçılardan Xəzər dənizi və Neft Daşlarını öz xəyal dünyalarında necə canlandırdıqlarını fərdi olaraq mappinq üsulu ilə təsvir etmək tapşırığını verdi. İkinci ustad dərsində Yer kürəsinin ən böyük gölü olan Xəzər dənizi haqqında çox da bilinməyən hekayələr danışıldı, müzakirələr aparıldı və sonda tədbir gəmi turu ilə başa çatdı.

Bəyən və paylaş