Nəsib bəy Yusifbəyli adına Təqaüd Proqramı

Nəsib bəy Yusifbəyli adına Təqaüd Proqramı

“Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi” Cümhuriyyətin 102 illiyi və Nəsib bəy Yusifbəylinin vəfatının 100 illiyi şərəfinə ölkə gənclərinə ingilis dilinin əvəzsiz olaraq tədrisini nəzərdə tutan “Nəsib bəy Yusifbəyli adına” Təqaüd Proqramını elan etməkdən qürur duyur.

Tarixin ən çətin dövründə təhsil və maarifçilik naminə atdığı cəsarətli və düşünülmüş addımlarla Azərbaycanda elmin və maarifçiliyin inkişafında əvəzsiz xidmətləri olan Nəsib bəy Yusifbəylinin vəfatından 100 il ötür. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin adına təqaüd proqramı elan etməklə, onun irsinin gələcək nəsillərə daşınmasında pay sahibi olmaq AUKAA üzvləri üçün böyük şərəfdir.

Təqaüd Proqramını Cümhuriyyət üzvlərinin adından – Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Rəşid xan Qaplanov – dinləmək üçün link: https://youtu.be/QP-O3g_Xkig

Bu proqramın həyata keçirilməsində bizə dəstəyini əsirgəməyən və əməkdaşlığa hazır olan BRIDGE Academy və ROOF Academic Training-ə təşəkkür edirik.

Qeydiyyat üçün aşağıdakı məlumatları əlavə etməyiniz xahiş olunur.

LINK

Bir cavab yazın

Back to top button