28 İyul 13:48

Nəsimi ilinə həsr olunan “Təhsil Avtobusu” Qazağa səfər etdi

Azərbaycan üçün Öyrət proqramı

Nəsimi ilinə həsr olunan “Təhsil Avtobusu” Qazağa səfər etdi

İyulun 27-də Təhsil Nazirliyinin “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq 4-cü dəfədir ki, həyata keçirilən “Təhsil avtobusu – Nəsimi” Yay Məktəbi Qazax rayonunda keçirildi.

Açılış mərasimində layihə heyəti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın Qazax filialının nümayəndələri iştirak edərək iştirakçılara uğurlar arzuladılar.

Bildirilib ki, “Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

İyulun 23-dən 29-dək davam edəcək “Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Yay Məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edəcək.

“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal, Fam Tram media və informasiya  tərəfdaşlığı ilə keçiriləcək.
Yay Məktəbində Qazax rayonunun Qazaxbəyli, Aşağı Əskipara, Aşağı Salahlı, Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və Orta Salahlı kəndlərinin orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün “Xəyal et və yarat”, “Sabahı düşün”, “Gələcəyə addımla”, “Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və “Nə? Harada? Nə zaman?” intellektual  yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbinin sonuncu ünvanı isə Şamaxı şəhərinə olacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)