23 Sentyabr 00:38

Nəsimi Şeir, Sənət və Mənəviyyat Festivalı zaman keçiriləcək tədbirlər

Həyatın yazılmamış qanunları var 🙂

Rusiyalı psixoloq Aleksey Sıtnikov Festival iştirakçılarını
bunlardan 54-ü ilə tanış edəcək.

Karma və taleyin sirli qanunları ilə tanış olmaq üçün qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyat linki: bit.ly/2HkxSUP

Alexey Sitnikov is founder and president of ICCG (IMAGE Contact Consulting Group), Founder and research adviser of Triangle Consulting Group Ltd., (The United Kingdom), founder of Triangle Consulting Group (The Russian Federation). He is the President of the National Academy of the Social Technologies (NAST), full member of the Academy of Political Science, the International Academy of Acmeological Sciences, Member of the Free Society of Social Technologies (VOST), European Association of Political Consultants (EAPS), American Association of Political Consultants (AAPS), International Association of Public Relations (IPRA), Public Relations Society of America (PRSA) and Counselors Academy, Higher Expert Council of the Russian Association of Public Relations.

Registration link: http://bit.ly/2lPROqS


Suriyalı qaçqın olan Xalid bir yük gəmisinin içində Helsinkiyə yola düşür. Eyni zamanda Vikstörm poker masasında böyük pullar qazanan və əldə etdiyi gəlirlə özünə restoran açan bir səyyar satıcıdır. Səlahiyyətli orqanlar onun sığınacaq üçün etdiyi müraciətini rədd etdikdə Xalid çətin günlərini yaşamağa başlayır və bir gün Vikström onu restoranının arxasındakı həyətdə yatdığını görür. Vikstörm ona bir müddətlik iş və altında yata biləcəyi bir dam təklif edir. Bir müddət sonra isə restoranın ofisiant, aşbaz və iti ilə bir Utopiya birliyi təşkil edirlər.

Qeydiyyat linki: bit.ly/2HkxSUP


Rəqs Şirkəti Face in və You and I Know rəqsini ifa etdikdən sonra Lost Dog ilə əməkdaşlıq çərçivəsində Candoco Argonauts beynəlxalq rəqsini qrupunu yaratdı.

Britaniya Konsulluğunun dəstəyi ilə və Lost Dog ilə əməkdaşlıq Candoco Rəqs Şirkəti “The Argonauts”u – Britaniya Konsulluğunun dörd illik Unlimited proqramının kuliminasiyasını – təqdim edir: Making the Right Moves. 20 dəqiqəlik performans “hekayələrimizi danışmaq və yenidən danışmaqla necə kollektiv və fərdi eyniləşdirmə hissimizi yaradacağımızı göstərir. Bu bir qədər mifik,
bir qədər sıxıcıdır və bizim düşündüyümüzdən də daha yaxındır” (Ben Dyuk, İncəsənət Direktoru, Lost Dog). Argonauts rəqs qrupu 28 sentyabr tarixində Nəsimi Festivalında çıxış etmək üçün Bakıya gələcək. Bu çıxış Candoco Rəqs Şirkətinin Face in və You and I Know adlı iki 30 dəqiqəlik rəqsi ilə tamamlanacaq.

Qeydiyyat linki: bit.ly/2HkxSUP


Anhuy Rayon Huycinq Teatrı (Çin) tərəfindən ifa olunan “Dəhşətli ruh” (“A Terrified Soul”) əsəri (Azərbaycan dilində alt yazı ilə)

Huyci Teatrı (Çin)
Huyci operası Çinin geniş və dərin Huy-Mədəniyyətdən qaynaqlanan ən qədim teatr formalarından biridir. Min sülaləsində Vanlinin hakimiyyəti dövründə qurulan Huy-çi tonu ilə Huyci Operası 400 illik bir tarixə malikdir. Huyci Operası keçmişi davam etdirən və gələcəyə yeni bir yol açan Çin operalarının inkişafında əhəmiyyətli bir rol oynamışdır.
Plüralistik mədəni ünsiyyətdə Huyci opera sənətçiləri Uilyam Şekspirin Macbetini açıq bir düşüncə ilə Hui Dəhşətli operasına köçürdülər. Bu da digər opera növlərindən gələn sələflərin elementlərini qəbul etdiklərini xatırladır. Huycu operası üçün bu, yeni bir irəliləyiş və əldə edilmiş inkişafdır. Huycu operasının xüsusi ifadə texnikasını qoruyub saxlayan Huycu operası “Dəhşətli ruh” Şekspirin məşhur pyesini operativ rəqs lüğəti ilə mürəkkəb birləşdirməklə özünün innovativ xoreoqrafiyasından istifadə edərək şərh etmişdir. Huy Operası bənzərsiz tonları tamaşa boyu bir-birinə qarışdırır. Huycu “Dəhşətl ruh” operası yenilik ideyası və plüralistik dram mənzərəsini göstərən, intensiv şəkildə əvəzolunmaz ənənə və bənzərsizliyi nümayiş etdirir.

Qeydiyyat linki: bit.ly/2HkxSUP


Monreal əsaslı xoreoqraf Klara Furey ilk qrup yaradarkən fiziki hadisələrin intuitiv və poetik nümayəndəlikləri ətrafında bir əsər hazırlamışdır. Hər cür ünsiyyətin mümkün olduğu minimalist bir şəraitdə, o, enerjinin davamlı çevrilməsinə və sadə jestlərin ritualizasiyasına xüsusi diqqət ayırmışdır. Yeddi ifaçı ilə birlikdə Klara Furey abstraksiya əsəri yaradır, nəticədə canlı bədənlərin bənzərsiz parlaqlığını ortaya çıxarır.

Qeydiyyat linki: bit.ly/2HkxSUP


◀Nəsimiyə paralellər: İtalyan şairin Nəsimi haqqında qeydləri:
Davide Rondoninin (İtaliya) nitqi (italyan dilində, azərbaycan dilinə tərcümə edilmiş formada)

Davide Rondoni çox cildi şeir kitabları nəşr etdirmişdir. Onun əsərləri müxtəlif ölkələrdə jurnal
şəklində tərcümə olunur. Televiziya və radioda (ai, Sky RtvsanMarino və Tv2000) şeir proqramlarında
əməkdaşlıq edir, film və şou təcrübəsi üzrə bir həmkar və qəzetlərdə köşə yazarı olaraq çalışır.
Boloniya Universitetinin Müasir Poeziya Mərkəzini və clanDestino jurnalını təsis etmişdir və hal-
hazırda adı qeyd edilən qurumlara rəhbərlik edir. O, bir dramaturq və Baudelaire, Rimbaud, Peguy və
başqalarından gələn əsərlərin tərcüməçisidir. Davide bir çox ölkədə keçirilən beynəlxalq şeir
festivallarında iştirak etmişdir.

◀ Nəsimiyə paralellər: mövcudluğun qeyri-kamilliyi (v. Lütfi A. Zadə):
Zeyqəm Əzizovun (BK – Azərbaycan) nitqi (ingilis dilində, azərbaycan dilinə tərcümə edilmiş formada)

Zeyqəm Əzizov rəssam və filosofdur. O, Salyan (Azərbaycan) rayonunda anadan olsa da, hazırda
Birləşmiş Krallığın London şəhərində yaşayır və işləyir. O, incəsənət, fəlsəfə və mədəniyyət nəzəriyyəsi
üzrə Fransa, Birləşmiş Krallıq və Avstriyada təlimlərdə iştirak etmişdir.
Onun əsərlərinin diqqət verilən məsələləri vaxt və müvəqqətiliklə əlaqəli imic, müəsir incəsənətdə
miqrasiya paradiqması və fəlsəfi paradıqma hesab olunur. O, bu qeyd edilən məsəlləri öz film, mətn,
rəsm və yazılarında kəşf edir. 2006-cı ildə rəssam Pol Hemlin Mükafatına layiq görülmüş, Desibel
Mükafatı üçün qısa siyahıya daxil edilmişdir.

◀ Məzmun və konteks: Nəsiminin “Mən ki dərvişəm, fəqirəm, padşahi-aləməm…” qəzəlinə fərqli
yanaşmalar barəsində müzakirə (azərbaycan dilində, ingilis dilinə tərcümə edilmiş formada)

Alimlər:
– Prof. Hüseyn M. Sadiq (İran)
– Prof. Dr. M. Fatih Köksal (Türkiyə)
– Arif Buzovnalı (Azərbaycan)
– Əsəd Cahangir (Azərbaycan)
– Aytac Zeynalova (Azərbaycan)

– Dariya Jiqulskaya (Rusiya)
– İlqar Fəhmi (Azərbaycan)
– Xədicə Heydərova (Azərbaycan)
– Mohammadrza Bağban Karimi (İran)
– Səadat Şıxıyeva (Azərbaycan)
– Sayman Aruz (Azərbaycan)
– Timur Korayev(Rusiya)
– Yuri Averyanov (Rusiya)

Qeydiyyat linki: bit.ly/2HkxSUP


Tallinn Boys Choir (Tallinn Oğlanlar Xoru) 1988-ci ildə xorun bədii rəhbəri və dirijoru Lidiya Rahula tərəfindən təsis edilmişdir. Xorun köməkçi drijorları Tomi Rahula və Kuno Kergedir. Xor studiyasında demək olar ki, 100-dən artıq oğlan yer alır. Burada iki xor dəstəsi mövcuddur. Konsert xor dəstəsi klassik oğlan xorudur (SATB), 10-15 yaş arası oğlanları və 16 yaşdan yuxarı yeniyetmələri özündə
birləşdirir. Xorun repertuarı hərtərəflidir – xordan vokal polifoniyasına, Estoniyadan mənəvi dəyərlərə qədər uzanır.

Qeydiyyat linki: bit.ly/2HkxSUP


“Sincere Dialogues” (Səmimi Dialoqlar), musiqi layihəsi – Salman Qəmbərov (Azərbaycan), Mişel Qodar (Fransa), Marqrit Buxberger (Almaniya), Vu Vey (Çin)

◀ Azərbaycanlı pianoçu Salman Qəmbərov yorulmadan tədqiqat aparır və bu araşdıərmalarda hər zaman paradoks var. Bu ensiklopedik biliklərə malik musiqiçi uzunmüddətli araşdırma illərindən sonra öz şəxsi nişanəsini işləyib hazırladı – Salman Qəmbərovun nişanəsi aşağıdakı kimi təsvir edilir: “hər tanış hadisədə hər zaman yeni və naməlum bir məfhum tapıla bilər”. 1996-cı ildə Salman Qəmbərov tərəfindən təsis edilən“Bakustik Jazz” bu araşdırma və hazırlanma mərhələsinin davamlı prosesidir.
Qrupun əsas prinsipi layihənin vaxtından asılı olaraq geniş arealda musiqiçi və işçi heyət cəlb etməkdir.

◀ Mişel Qodar (Fransa)
Mişel Qodar caz və klassik musiqi janrında öz fəaliyyətini davam etdirməklə özünü tuba musiqi alətinin qeyri-adi çox yönlü bir eksponenti kimi kəşf etdi. Bu gün o, istər caz, istərsə də improvizə
edilmiş musiqi janrlarında ən virtuoz tuba və serpent ifaçısı kimi özünü sübut etmişdir. 1979-cu ildə o, tuba musiqi alətinin əcdadı hesab edilən, adı Latin dilindən götürülmüş, adlandırılma səbəbi isə qıvrılmış ilana bənzəməsi olan sepentdə ifa etməyə başladı. “İkinci” musiqi aləti ilə Mişel Qodar ənənəci musiqi, habelə caz janrında ifadə sahəsinin genişləndirilməsində daha bir addım atmış oldu.

◀ Marqarit Buxberger (Almaniya)
Marqarit Buxberger barokko və klassik repertuarın ifaçısı kimi Avropada öz üzərinə ən çox diqqəti cəlb edən musiqiçidir. O, öz karyerasını, xüsusilə, Vivaldi, Bax, Handel, Haydn və hər şeydən əvvəl Motzartın operalarına və müqəddəs musiqilərinə həsr etmişdir. O, dəfələrlə Handel Festspiele Halle (Almaniya), Staatstheater Wiesbaden, the Salzburger Mozartwoche (Almaniya), bir neçə dəfə Mozartiana in Rovereto and Florence (İtaliya), Venesiya şəhərindəki “Le Fenice” teatrında, Turku Katedralı və Temppeliaukio Kilsəsində, Helsinki Musicians of the King Road ilə (Finlandiya) və Settimana di Musica Sacra di Monreale (Palermo, İtaliya), habelə digər bir sıra tədbirlərdə çıxış etmişdir.

◀ Vu Vey (Çin)
Şenq musiqi alətinin ustadı Vu Vey qədim musiqi alətini müasir musiqidə innovativ qüvvəyə çevirmişdir. Solist kimi o, Berlin və Los Eynceles Filarmoniyası, BBC Simfoniya Orkestrı, Stokholm Royal Filarmoniya Orkestrı, Tokiyo Simfoniya Orkestrı, Ensemble Intercontemporain, Ensemble Modern, Ensemble Musikfabrik, Beynəlxalq Müasir Ansambl (ICE) kimi dünyanın bir çox aparıcı
orkestr və ansambllarında yer almışdır. Şenq və orkestr üçün 25 konsert daxil olmaqla 400-dən çox əsərini dünya premyeralarına vermişdir. Eyni zamanda Vu 2017-ci ildə Çində keçirilən Çin Musiqi
Mükafatında ən yaxşı şenq solisti adına layiq görülmüşdür.

Qeydiyyat linki: bit.ly/2HkxSUP

Bəyən və paylaş

Rəylər

rəy(lər)