“ Nəzarətçi ” vakansiyası

Melissa Group” “ Nəzarətçi ” vakansiyası elan edir.

İş barədə məlumat:

– Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
– Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
– Müəssisə ətrafını nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
– Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
– Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
– Hadisələrə qarşı diqqətli davranmaq
– Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
– Obyekti vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
– Obyektə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
– Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
– Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
– Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
– Növbə zamanı xüsusi geyim formasında olmaq
– Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
– Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
– Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
– Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək

Namizədə dair tələblər:

– Yaş: 20-30
– Cinsi: kişi
– Boyu: 180 sm
– Həqiqi hərbi xidməti başa vurmuş
– Təhsili: Tam orta və ya peşə təhsili
– Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
– Rus dilini bilməsi üstünlükdür
– Çevik və doğru qərar vermə bacarığı

İş haqqında məlumat:

– İş yeri: Bakı şəhəri
– Vəzifə: nəzarətçi
– İş rejimi: növbəli iş qrafiki, 12 saatlıq (gündüz 07:00-19:00, gecə 19:00-07:00-a dək)
– İstirahət vaxtı: növbəli iş qrafikinə uyğun tənzimlənir
– Əmək haqqı: 425 AZN
– Əmək münasibətləri AR ƏM əsasında tənzimlənir

CV-lərinizi [email protected] ünvanına “nəzarətçi edumap.az” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/ vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button