12 Mart 18:01

“Nifrətə Yox” – Gender Ayrıseçkiliyinə Qarşı

“Nifrətə Yox” – Gender Ayrıseçkiliyinə qarşı – 27-29 Mart 2016.

Son müraciət tarixi: 22 Mart 2016

27-29 Mart tarixlərində, üç gün boyunca keçirilməsi nəzərdə tutulmuş və, əsasən, qeyri-formal təhsil metodlarının istifadə olunacağı tədbir gender ayrıseçkiliyi və nifrət əsaslı nitq barəsində agahlığı artırmağı, gənclərin göstərilən anlayışlarla birgə mübarizəsini təmin etməyi və gender ayrıseçkiliyi ilə nifrət əsaslı nitq arasında qarşılıqlı əlaqəni nümayiş etdirməyi hədəfləyir. Təlimin hədəf kütləsi 18-23 yaş aralığında olan şəxslər olsa da, çox uğurlu müraciətlər nəticəsində istisnalara yol verilə bilər.

Tədbir Avropa Şurasının təşəbbüsü ilə başladılmış Nİtqdə Nifrətə Yox Hərəkatı çərçivəsində, Y-PEER Azərbaycanın təşkilatçığı ilə keçiriləcəkdir.

Təlimdə iştirak etmək istəyirsinizsə, 22 Mart 2016 tarixi, Bakı vaxtı ilə 23:59-dan gec olmadan layihənin müraciət formunu tamamlamağınız vacibdir.

Müraciət formu: http://goo.gl/forms/Ju4nshfvay

Təlimin dili: Azərbaycan dili

Layihənin keçiriləcəyi yerlə və təşkilati işlərlə bağlı məlumatlar seçilmiş namizədlərə göndəriləcəkdir.

Suallar və əlavə məlumat üçün: [email protected]

Bəyən və paylaş