4 İyun 22:37

Niyə Django öyrənməliyik ?

  • Django, Python Proqramlaşdırma dili üçün hazırlanmış və BSD lisenziyası ilə lisenziyalanmış yüksək səviyyəli bir veb karkasıdır (framework). Sadə qurulması və istifadəsi, detallı xəta raport səhifələri və təqdim etdiyi yeni interfeys ilə digər server proqramları və karkaslarından fərqlənmişdir. Adı, caz gitarist Django Reinhardt-dan gəlir.
  • Django Layihəsinin əsas məqsədi, qarışıq bir formada olan veb tətbiqlərin istifadəsini asanlaşdırmaqdır. Django yenidən istifadə ediləbilən, rejimlilik, sürətli inkişaf etdirilmə vaxt siyasətinə malik bir quruluşda dizayn edilmişdir.
  • Django da hər layihə üçün ayrıca əsas qeydi əlavə etmək, silmək, düzəliş etmək və yeniləmək funskiyalarını daxilində saxlayan dinamik bir idarəetmə paneli var. Qarışıq verilənlər bazasından qurtulmaq istəyənlər üçün rahat istifadəyə yararlı bir ver karkasıdır.
  • Django , Python proqramlaşdırma dili ilə bir MTV memarı quruluşunu istifadə edən, yüksək səviyyəli və açıq mənbəli (open source) bir veb karkasıdır. MTV dediyimiz quruluş isə Model, Template və Views şəkilindədir. Django-nun inkişaf etdirilmə mərhələsində bu quruluşa diqqət edilərək kodlarını bizlərə göstərir.

MVT Nədir ?

Model-View-Template (MVT) MVC-dən bir az fərqlidir. Əslində, iki model arasındakı əsas fərq, Djangonun birbaşa, Kontrollar (Controller) hissəsinə (Model və Görünüş  arasındakı qarşılıqlı idarə edən Proqram Kodu ) diqqət çəkərək, bizi şablonla baş-başa buraxmasıdır. Şablon , Django Şablon Dili (DTL) ilə qarışdırılmış bir HTML faylıdır. Proqramçı modeli təşkil edər, görünüş və şablon daha sonra onu bir URL-lə uyğunlaşdırar və Django istifadəçiyə quruluşu təqdim etmək üçün əməliyyatı tamamlayar.

Niyə Django öyrənməliyik ?

 

Django veb karkası niyə istifadə etməliyik sualının cavabları aşağıdakı kimidir:

1- Django sadə bir formada qurula bilir və asanlıqla istifadə edilə bilir.

2- Ətraflı bir formada xəta hesabatları verir. Ətraflı bir formada xətaların arasında problemi rahatlıqla həll etmək daha asan olur. Bu tərəfdən baxıldığında PHP dilinə görə xəta hesabatı daha çoxdur.

3- Genişləndirilə  bilən bir idarə etmə panelinə sahibdir. Django qurulduğu vaxt, özünə aid bir admin paneli gəlir. Birinci dəfə əsas əməliyyatlarda olduqca işimizi asanlaşdıran bu paneli istək və arzularımıza görə qura bilərik.

4- Django özünü daima yeniləyən bir şablona malikdir.

5- Django təhlükəsizlik baxımından olduqca yaxşı səviyyədə olan bir framework-dır.

IEEE Spectrum jurnalının son reytinqinə əsasən Python bugünkü gün ən populyar proqramlaşdırma dili hesab olunur. Yeni başlayan proqramçı üçün proqramlaşdırma dilinin seçilmə mərhələsi çox vacib qərarlardan biridir. Məhz o proqramçının iş sahəsini, peşəkar inkişaf perspektivləri, həmçinin gəlirini müəyyən edir. Python dilinin sintaksisi çox sadədir, onu asanlıqla yazmaq və oxumaq olar.

STEP Kompüter Akademiyası Python Proqramlaşdırma dilinin Kursunu həyata keçirir. Sizlər də kurslara qoşularaq Python dilini öyrənə bilərsiniz. Ətraflı məlumat üçün itstep.az veb saytına daxil ola bilərsiniz.

Bəyən və paylaş