Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans

“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda konfrans keçiriləcək

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Ölkə başçısının 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan olunub.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu bu Sərəncama uyğun olaraq  24 sentyabr 2021-ci il tarixində “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans təşkil edəcək. Şərqşünaslıq İnstitutu konfransda iştirak üçün məruzələrin tezislərinin qəbulunu elan edir.

Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir.

Məruzə tezislərinin qəbuluna dair tələblər:

– Microsoft Word redaktorunda “Times New Roman” şriftilə – 12, səhifələrarası interval 1.5 olmaqla yazılmalıdır;

– Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;

– Mətnin kənarındakı boşluqlar – sol tərəf 3 sm, sağ tərəf 1 sm, yuxarı və aşağı hissə 2 sm.

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər [email protected] elektron poçt  ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 31 avqust 2021-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və geri qaytarılması hüququna malikdir.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (AMEA-nın Əsas binası, VII mərtəbə, 715-ci otaq).

Tel.: (+994 50) 484 95 75

Bir cavab yazın

Back to top button