“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda konfransa tezis qəbul edilir

“Nizami Gəncəvi İli” çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir. Bu barədəAZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tezislər[email protected]elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir. Beynəlxalq konfransda iştirak üçün məruzələrin tezisləri Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az