Nizami Gəncəvinin 880 illiyinə həsr olunan respublika gənclər konfransı keçiriləcək

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan respublika gənclər konfransı keçiriləcək

7 oktyabr 2021-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan respublika gənclər konfransı keçiriləcək.

Tədbir aşağıdakı bölmələr üzrə baş tutacaq:

Seksiya 1.

Filologiya elmləri

1. Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr edilən ədəbiyyatşünaslıq bölməsi

2. Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr edilən dilçilik bölməsi

Seksiya 2.

Sənətşünaslıq elmləri

Lətif Kərimovun anadan olmasının 115 illiyinə həsr olunan mədəniyyətşünaslıq bölməsi

Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunan incəsənət bölməsi

Məruzə tezislərinin tərtib olunma qaydaları:

– Mətn Microsoft Word redaktorunda (Times New Roman (Az.latın) şriftilə – 12 ppt, sətirlərarası 1,5 intervalda yığılır, A4 formatlı standart (210×297 mm) ağ kağızda çap olunur;

– Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan aşağıda isə elmi dərəcəsi, iş yeri və elektron ünvanı (hamısı kiçik hərflə) göstərilməlidir;

– Mətnin sağ tərəfində 1 sm, sol tərəfində 3 sm, aşağı və yuxarı hissəsində 2 sm boşluq olmalıdır;

– Tezis Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində, ingilis dilində yazılarsa isə xülasə Azərbaycan dilində;

– Tezis rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur;

– Xülasələr daxil olmaqla tezisin həcmi 3 səhifəyə qədər olmalıdır.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1 avqust 2021-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 492 38 27

E-mail: [email protected]

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir