Cümə axşamı, 21 Avqust, 2025

Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu sentyabrın 1-dək davam edəcək


  • Dərc edildi: 6 İyul, 2021 - 07:10
Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu sentyabrın 1-dək davam edəcək

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə noyabrın 25-27-də keçiriləcək “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransa tezis qəbulu davam edir. Bu barədəAZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 1-dək[email protected]elektron ünvanına göndərə bilərlər. Beynəlxalq konfrans “Nizami Gəncəvi irsi və Avropa ədəbi-mədəni mühiti”, “Sələflər və xələflər – Nizami Gəncəvinin Şərq və Qərb qaynaqları, Şərq və Qərb ədəbiyyatlarında Nizami təsiri”, “Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri”, “Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində”, “Nizami ədəbi məktəbi: başlıca xüsusiyyətləri, aparıcı simaları, qovuşduruculuq missiyası”, “Nizami və Azərbaycan ədəbiyyatı”, “Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri”, “Nizaminin fəlsəfi dünyası”, “Xəmsə” əxlaqi və mənəvi dəyərlər toplusu”, “Nizami “Xəmsə”si ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi”, “Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri”, “Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində” bölmələri üzrə təşkil olunacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 200
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7129
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1852
Azərbaycan Texnologi...