“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur

“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur   Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil olunur. Müsabiqənin təşkilində əsas məqsəd böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin geniş təbliğini həyata keçirmək, azərbaycanlı və xarici yazarları müsabiqəyə cəlb etməklə Nizami dühası haqqında müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir. Müsabiqənin şərtləri: • Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. • Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. • Əsərlər Azərbaycan, türk, ingilis və rus dillərində yazılmalıdır. • Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir. • Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur. • Əsərlər elektron formada aşağıda göstərilən e-poçt ünvanına göndərilməldir. Müsabiqənin mövzusu Mövzu: Nizami Gəncəvi Essenin həcmi: Mətnin həcmi 880 sözdən çox olmamalıdır Müsabiqənin mükafat fondu: 4 042 (dörd min qırx iki) ABŞ dolları Qaliblərin seçilməsi və mükafatı Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir. Birinci yer– 2021 ABŞ dolları İkinci yer– 1141 ABŞ dolları Üçüncü yer– 880 ABŞ dolları Birinci yer eyni zamanda “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunacaq Müsabiqənin müddəti: Müsabiqəyə esselərin qəbulu 20 dekabr 2021-ci il tarixində sona çatacaq. Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək. Əlavə məlumat üçün müraciət edə bilərsiniz: Tel.: +99412 493 06 80 Whatsapp:+99451 777 61 15 İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir. E-mail: [email protected] © Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az