5 Yanvar 09:45

“Nizami Yurdu-2016” rəsm müsabiqəsi

Əziz tələbələr!
Sizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən “Nizami Yurdu-2016” rəsm müsabiqəsində iştirak etməyə dəvət edirik.

Bildiyimiz kimi Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmişdir. Gəncə şəhərinin Avropa paytaxtı seçilməsi biz gənclərin fəaliyyətinin daha böyük miqyasda işıqlanması deməkdir. Bu səbəbdən elan olunan “Nizami Yurdu-2016” rəsm müsabiqəsinin əsas məqsədi Gəncə şəhərinin tarixinin və mədəniyyətinin Avropa gənclərinə tanıdılmasından ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən gənclər rəsm işlərini ATGTİ-nin qərargahına təqdim etməlidirlər.

Ünvan: 28 May küç.9/13 (23 nömrəli məktəblə üzbəüz)
Son müraciət tarixi: 25.01.2015

Bəyən və paylaş

Rəylər

rəy(lər)