7 May 15:36

Node JS Nədir? Nələr hazırlaya bilərik?

Node JS Nədir?

NodeJSserver-side, runtime environment tətbiqlər qura biləcəyimiz, Javascript ilə kod yazmağımıza imkan verən “Google Chrome’un v8 Javascript Engine” üzərində işləyən bir platformadır.

NodeJS 2009 –cu ildə Joyent şirkəti tərəfindən hazırlanmışdır. Açıq mənbə kodludur. Google-un V8 Javascript mühərrikinin server (server-side ) tərəfindən işlədilməsi ilə hazırlanmışdır.

V8 Google tərəfindən təkminləşdirilən, Chrome veb brauzerlərinin də üzərində işlədiyi C, C++ və javasript dilləri ilə kodlaşdırılan bir mühərrikdir. Tək məqsədi Javascript kodunu maşın koduna çevirir.

Nələr edilə bilər?

Hər növ veb tətbiqləri hazırlaya bilərsiniz. Node JS ölçüləbilən, hadisəyə əsaslanan (event-driven asinxron, non-blocking I/O işləmə modelini istifadə edir. Bu da yüksək performans ilə işləməsini təşkil edir.

NodeJS –i cəzb edici edən bir məqam isə IIS, Apache kimi yüksək mənbə istifadə edən veb server istifadə etməyə ehtiyac olmur. NodeJS də tətbiq serverini sadə bir şəkildə özümüz yaza bilərik.

Linkedin mobil server tərəfindən nodejs-ə keçid etdikdən sonra server sayını 30-dan 3-ə endirdiyini və bəzi əməliyyatlarda 20 dəfə daha sürətli olduğunu açıqlamışdılar.

Üstünlükləri?

Əgər layihənizin bir front-end hissəsi olacaqsa JavaScript istifadə etməkdən qurtulmağınız mümkün deyildir. Bu vəziyyətdə back-end hissəsində fərqli bir dil istifadə etdiyinizdə proqramistlərin bir-birinin işini etmək o qədər də asan olmaya bilər. NodeJS ilə bütün məhsulunuzu tək dil ilə hazırlayacağınız üçün proqramistlər arasında uyğunluq, anlayış və işbirliyi ən üst səviyyədə olur.

Sizlər də front-end-də işləmək üçün NodeJS-dan istifadə edə bilərsiniz. Proqramı öyrənmək üçün STEP İT Academy-yə müraciət edə bilərsiniz. Front-end kursunun proqramı həm yeni başlayan proqramçılar üçün, həmçinin öz həyatını web proqramlaşdırma ilə bağlamq istəyənlər üçün uyğundur. Ətraflı məlumat: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)