23 Aprel 10:30

NORM Sement 2019-cu il üçün ödənişli «Yay təcrübə proqramı»nı elan edir

YAY TƏCRÜBƏ PROQRAMI

Tələbələrin elmi-texniki biliklərinin artılırması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə NORM Sement 2019-cu il üçün ödənişli «Yay təcrübə proqramı»nı elan edir. Yay təcrübə proqramı sizə öyrəndiklərinizi tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradır.

Kimlər müraciət edə bilər:

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:

  • Mexanika mühəndisliyi/Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  • Eletrik / Elektronika/ Proseslərin avtomatlaşdırılması
  • Sənaye mühəndisliyi/ Mühəndis iqtisadiyyatı və idarəetmə
  • Geologiya
  • Kimya mühəndisliyi/Kimya texnologiyası
  • Tikinti materiallarının texnologiyası
  • İnşaat mühəndisliyi
  • Əməyin mühafizəsi / Ekologiya
  • Hüquq
  • İnformasiya texnologiyaları/Kompüter mühəndisliyi/Kompüter elmləri
  • Maliyyə/ Mühasibat uçotu və audit
  • Nəqliyyatın təşkili və idarəedilməsi
  • İqtisadiyyat
  • Biznesin idarəolunması

Şərtlər:

  • İş qrafiki:        Standart (5 günlük)
  • Müddət:          1-3 ay
  • Əlavə olaraq:  Nahar və nəqliyyat xidməti
  • Qeyd: Norm şirkəti tərəfindən təcrübə proqramı müddəti ərzində təcrübəçilərə ödəniş ediləcəkdir.

Tələblər:

  • Təcrübə proqramına müraciət forması*
  • Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirəməlumat (Niyyət məktubu)*
  • Tələbə/Magistr olduğunu təsdiq edən sənəd (tələbə biləti)*
  • Elmi işlərin siyahısı (əgər varsa)
  • İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
  • Magistrlər üçün – bakalavr diplomunun surəti*

*Bu tələbləri qarşılamaq zəruridir.

Müraciətlər:

Müraciətlərinizi 3 may 2019-cu il tarixinədək [email protected] email ünvanına mövzu hissədə “Internship Edumap.az” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)