Cümə axşamı, 21 Avqust, 2025

“Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 4 Noyabr, 2021 - 07:25
“Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi” vəzifəsi üzrə vakansiya

Dövlət Məşğulluq Agentliyi “Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir. STRUKTURUN ADI: Hüquq departamenti VAKANT VƏZİFƏLƏR: Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi ƏMƏK HAQQI: 1800 (vergilər daxil olmaqla) VƏZİFƏ FUNKSİYALARI: -Agentliyin fəaliyyət istiqamətləri üzrə müvafiq normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların layihələrini hazırlamaq və (və ya) hazırlanmasında iştirak etmək; -Agentliyin fəaliyyətini tənzimləyən təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq və ya Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə onların hazırlanmasında iştirak etmək; -Nazirliyin, həmçinin Agentliyin strukturları tərəfindən hazırlanmış hüquqi aktların, o cümlədən normativ hüquqi aktların, normativ xarakterli aktların, beynəlxalq müqavilələrin layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirmək; -Agentliyin səlahiyyətinə aid olan məsələlərin, o cümlədən məşğulluq və işsizlikdən sığorta sahəsinə dair normativ hüquqi aktların tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlilini aparmaq və bu təcrübənin təkmilləşdirilməsi ilə bağlı təkliflərin işlənib hazırlanmasında iştirak etmək; -Agentliyin strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil etmək və ümumiləşdirmək, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq; -Birbaşa rəhbəri tərəfindən verilən şöbənin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək. VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR: -Təhsil tələbi: Ali təhsil (Hüquq sahəsi üzrə); -İş stajı: İxtisas üzrə minimum 3 il iş təcrübəsi, ən az 2 il normayaratma təcrübəsi; -Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır); -Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə). VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR: -Məsuliyyətlilik; -Etibarlılıq, dürüstlük; -İnkişaf yönümlü və innovativlik; -Operativlik, çeviklik; -Təşəbbüskarlıq; -Nəticəyə hədəfli; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi yazaraq[email protected]ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 260
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 57
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...