NoSQL Database Mühəndisi (Junior/Mid level) vakansiyası

NoSQL Database Mühəndisi (Junior/Mid level)
Kapital Bank namizədləri DevOps Ekspert Mərkəzinə NoSQL Database Mühəndisi vakansiyamıza müraciət etməklə peşəkar “Agile” komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
·      Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək;
·      Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək;
·      Yeni yaradılacaq proyektlərin verilənlər bazasının strkturunu və həmin strukturda olan asılılıqları proqramçılar ilə işləmək;
·      Təşkilat üçün verilənlər bazalarının arxitekturunu standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq;
·      İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək;
·      Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq;
·       Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək.

Tələblər:
·      NoSQL (MongoDB, Apache Cassandra) mühəndisi kimi iş təcrübəsi;
·      Komanda əməkdaşlığı ilə innovativ həlləri tətbiq etmək bacarığı;
·      Yeni texnologiyaların öyrənməsinə həvəsli və yeniliklərdən daim xəbərdar olmaq;
·      İş yerində şəffafllıq və güvən mədəniyyətini prioritet tutmaq.;
·      Linux əməliyyat sistemi ilə təcrübəsi mütləqdir;
·      Docker və Kubernetes ilə iş təcrübəsi arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına mövzü hissəsində vakansiyanın adı qeyd edərək CV göndərə bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir