4 Yanvar 20:16

“O, Mənim Qəhrəmanımdır – 4” üçün müraciətləri qəbul edilir

Baku IdeaLab, Böyük Britaniyanın “Konflikt, Sabitlik və Təhlükəsizlik” Fondunun dəstəyi ilə həyata keçirilən “Öz Səsini Kəşf Et” proqramı çərçivəsində “O, Mənim Qəhrəmanımdır – 4” üçün müraciətləri qəbul edir.
“O Mənim Qəhrəmanımdır – 4” layihəsinin iştirakçıları yerli icmalardan seçdikləri qadın qəhrəmanları haqqında foto və video nümunələri əsasında vizual hekayələrin yaradacaqlar. Onlar mütəxəssislər tərəfindən aşağıdakı mövzularda nəzəri və praktiki bilikləri öyrənəcəklər.
– Sosial iştirakçılıq və sosial məsuliyyət

– Gender və stereotipləri
– Hekayə və sadə ssenarinin hazırlanması
– Foto və video çəkiliş haqqında ilkin bacarıqlar
– Montaj ( Adobe Premiere proqramı )

Təlimlər 26 – 30 yanvar müddətində Baku Idealab-da baş tutacaqdır. Təlimlərdən sonra iştirakçılar mentorların dəstəyi ilə öz ideyalarını vizuallaşdıra bilərlər.
Müraciət üçün son tarix: 11 Yanvar 2019.

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur:
www.omq.bakuidealab.az
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: [email protected]
Telefon: +994 12 4372944
Mobil: +994 50 2254525
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, III korpus, III Mərtəbə, Baku IDEALAB

Bəyən və paylaş