14 Aprel 20:09

Ödənişsiz Seminar :”Uşaqlarda hiperaktivlik və diqqət əksikliyi”

Seminar “Uşaqlarda hiperaktivlik və diqqət əksikliyi”

Biz ÖDƏNİŞSİZ seminarlar aylığına başlamışıq və bunu bir ənənə kimi davam etdirməyi qərara almışıq. Növbəti seminara sizləri 16 apreldə dəvət edirik.

Hiperaktivlik son zamanlar daha cox rast gəlinən və müzakirə olunan problemlər sırasına daxil olub. Bu davranış pozuntusu tez tez ətrafdakılarla ünsiyyət qura bilməməyə, öyrənmədə cətinliyə, özünü qiymətləndirmədə pozuntulara səbəb olur. Təşkil etdiyimiz seminarda Hiperaktivliklə bağlı aşağıdakı suallara Mərkəzimizin uşaq psixoloqu Ülkər Sadıqova aydınlıq gətirəcək.

Övladlarınız, şagirdləriniz dərs tapşırıqları zamanı diqqətsizlik edir?
Uşaqlarınızda çox vaxt fikrin dağınıqlığı, impulsivlik, həddən artıq hərəki aktivlik görürsünüz?
Bu hallarda uşaq özünə necə nəzarət edə bilər?
Uşaq həqiqətən hiperaktivdirmi, bu diaqnozu nəyə əsasən qoya bilərik?
Hiperaktiv uşaqlara münasibət necə qurulmalıdır?
Hiperaktiv uşaqlarla davranış qaydaları.

Bu seminara qatılmaqla nə əldə edəcəksiniz?

Seminarda həm gənc analar, həm də müəyyən “staja” malik valideynlər, orta məktəb, uşaq bağçası tərbiyyəçiləri yeni bilgilər , praktik məsləhətlər əldə edəcəklər.
Psixoloqla uşağınızla bağlı müəyyən şəxsi sualları müzakirə edərək məsləhət ala biləcəksiniz.
Bu tip tədbirlər adətən ödəniş qarşılığında keçirilir, bizdə isə siz bütün bunları tamamilə ödənişsiz əldə edəcəksiniz.
Seminarın mövzusu hər zaman aktual və maraqlıdır, Ülkər xanımla ünsiyyətin mehriban və isti atmosferdə keçəcəyinə arxayın ola bilərsiz.

Biz uşaqlarımız üçün hər şeyin ən yaxşısını arzulayırıq, ona görə də sizləri 16 aprel, saat 11.00 -də Mərkəzimizdə gözləyirik.

Seminar ÖDƏNİŞSİZDİR. Yazılmaq üçün [email protected] ünvanına ad, soyad və əlaqə nömrələrini göndərə, 012 561 93 45, 077 460 20 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)