15 Noyabr 18:19

Ödənişsiz Təcrübə Proqramı

Ödənişsiz Təcrübə Proqramı

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Mezo Digital” şirkəti gənclərə “Dijital Təcrübə” adlı təlim-təcrübə proqramı elan edir.

Rəqəmsal aləmdə ixtisaslaşmaq istəyən və gələcək karyerasını bu istiqamətdə uğurlu şəkildə qurmaq istəyən 18-22 yaşa arası bütün iddialı universitet gəncləri Təcrübə Proqramında iştirak edə bilərlər.

Təcrübə proqramının məqsədi potensiallı gənclərə rəqəmsal marketinq sahəsi üzrə lazımi bacarıq və biliklərə yiyələndirmək, keçirilən təlimlər və verilən tapşırıqlar sayəsində əldə etdikləri təcrübə əsasında karyera imkanlarının yaradılmasına şərait yaratmaqdır.

Təcrübə Proqramının ilkin mərhələsində aşağıdakı sahələr üzrə təlimlər keçirilərək, iştirakçılara nəzəri biliklər aşılanacaq:
– Personal Development;
– Marketing / Digital Marketing;
– Project Management.

Təcrübə Proqramında iştirak etmək üçün Onlayn qeydiyyatdan keçməyi unutmayın!
Onlayn qeydiyyat formu: http://sh.st/nCdbj
Təcrübə proqramında iştirak tam Ödənişsizdir.
Onlayn qeydiyyat tarixi: 15-31 Yanvar
Seçim-təsnifat mərhələsi: 01-14 Fevral
Proqramın I hissəsinin başlanğıcı: 15 Fevral
Əlaqə vasitələri:
Tel: 012 3101003;
e-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)