Ödənişsiz “Hazır Mühasib!” layihəsi

Əziz gənclər, səbirsizliklə gözlədiyiniz “Hazır Mühasib!” layihəsinə yenidən start verilir!
İqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, iş axtaran gənclər və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən region gəncləri, bu layihə sizin üçündür!
Gənclərin İnkişaf və Karyera Mərkəzi ,İATM – İqtisadi Araşdırmalar və Tədris Mərkəzi

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Məram Gənclik İnkişaf Mərkəzi nin təşkilatçılığı ilə həyata keçiriləcək. Layihənin məqsədi gənclərin karyera quruculuğu və karyerasına dəstək olmaqdır.

 Beynəlxalq mühasibat uçotunun əsaslarını əhatə edən proqramın əsas istiqamətləri:
• Maliyyə uçotu və hesabatı;
• Vergi və sosial ödənişlərin uçotu və hesabatı;
• Rəsmi mühasibatlıq.
 Təlim günləri və saatı: II və V günlər/15:00-17:00
Layihə müddəti: 4 ay
Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: shorturl.at/uyGQZ
Son qeydiyyat tarixi: 24 yanvar, 2021-ci il
QEYDLƏR:
İştirakçılar test imtahanı və müsahibə yolu ilə seçiləcək.
Layihədə iştirak ÖDƏNİŞSİZDİR və təlimlər onlayn keçiriləcək.
Layihəni uğurla tamamlayanlar sertifikatla təltif olunacaq və fərqlənən iştirakçılar təlimlərdən sonra təcrübə proqramına göndəriləcək.
Əgər sən də karyeranı inkişaf etdirmək istəyirsənsə, onda düşünmədən bizə qoşul!

Bir cavab yazın

Back to top button