2 Mart 20:19

Ödənişsiz master-klass: oyun yaradılması

Master-klass – “Oyun yaradılması”

9-14 yaş arası hər kəsi oyun yartmağa dəvət edirik! Öz oyunumuzu yarada biləriksə, başqalarının oyunlarını niyə oynamalıyıq ki? Kompüter uşaq üçün oyuncaq deyil, onun yaradıcı potensialının aşkarlanması üçün gözəl bir alətdir.

Bu yeni imkanlar və tanışlıqlarla dolu maraqlı bir dərs olacaq. Uşaqlar öz kompüter oyununu fərdi şəkildə yaratmağı öyrənəcəklər. Onlar birlikdə ssenari düşünüb və öz düşüncələrini Construct 2 proqramı vasitəsi ilə həyata keçirəcəklər.

Bu master-klass STEP IT Academy-də təhsil almayan tələbələr üçün nəzərdə tutulub.

Master-klass proqramında:

✅ Oyunun ssenarisinin hazırlanması
✅ Oyun mühərriklərinin imkanları — Construct 2
✅ Oyun məkanının hazırlanması
✅ Oyunun logistikasının hazırlanması
✅ Baş qərhamanın hərəkətlərinin düşünülməsi

Valideynlər üçün:

📌 IT təhsilin uşaqların gələcəyi üçün nə kimi üstünlükləri var
📌 STEP IT Academy-nin uşaqlar üçün olan təhsil proqramları

Master-klass sizə hansı imkanları yaradacaq:

☑ STEP Kiçik Kompüter Akademiyası ilə daha yaxından tanış olmaq
☑ Müəllimlər ilə tanış olmaq
☑ Akademiya üzrə individual ekskursiya

Master-klass STEP IT Academy-nin aparıcı mütəxəssisi Nadir Zamanov tərəfindən keçiriləcək. Uşaqlar 2 saat ərzində qiymətsiz məlumatlar alacaq, peşəkar ilə tanış olub ünsiyyət quracaq və öz kompüter oyununu yaradacaqlar!

⏰ Hamınızı 13 mart 19:00-da gözləyirik
🏫 Koroğlu Rəhimov 70

Qeydiyyat mütləqdir – http://bit.ly/3cq5kab

Bəyən və paylaş