2 Sentyabr 12:37

Ödənişsiz qida təhlükəsizliyi təlimi küçiriləcək

Ödənişsiz qida təhlükəsizliyi təliminə dəvət!

Təhsil, Rifah və İnkişaf İctimai Birliyi qida təhlükəsizliyi (ISO 22000:2018 beynəlxalq standartı) üzrə ödənişsiz təlimlərə dəvət elan edir.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2019-cu il 4-cü qrant müsabiqəsinin nəticələrinə əsasən qalib gəlmiş “Qida təhlükəsizliyinin təmin olunmasında beynəlxalq standartların təşviqi” layihəsi əsasında həyata keçirilir.

Layihə gedişində dinləyicilərə qida təhlükəsizliyi beynəlxalq standartı əsasında təlimlər veriləcək, bu sahədə qüvvədə olan beynəlxalq norma və tələblər tədris ediləcəkdir.

Təlimlərdə qida məhsullarını və yarımfabrikatını istehsal edən, daşınması və saxlanmasını həyata keçirən şirkət və müəssisələr, bu sahədə təhsil alan tələbə, magistr və aspirantlar, tədqiqatçılar, eləcə də müvafiq sahəyə maraq göstərən istənilən şəxs iştirak edə bilər.

Təlimin dili azərbaycan dilidir. Təlimlər qrup şəklində keçirilir. Hər-hansı şirkətin, yaxud müvafiq ixtisas üzrə təhsil alan tələbə və magistrlərin qrup şəklində iştirakı ayrıca təmin olunur.

Təlimdə dinləyicilərə müvafiq paylama materialları verilir.

Yerlər məhduddur. Qeydiyyat üçün CV, yaxud təlimdə iştirak etmək istəyən şəxsin ad, soyad, ata adı, yaşı və əlaqə telefonunu [email protected] ünvanına göndərmək tələb olunur.

Təlimlər 2019-cu ilin sentyabr ayının 14-dən başlayaraq oktyabr ayının 31-dək həftədə 1 dəfə olmaqla keçiriləcəkdir. Hər bir dinləyici yalnız 1 təlimdə iştirak edəcəkdir.

Təlim sonunda iştirakçılara sertifikat veriləcəkdir.

Əlavə suallar üçün 0124088926, yaxud 0552159141 nömrəli telefonlara zəng etmək olar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)