“Odlar Yurdu” oyunu üzrə çempionat keçiriləcək

Hörmətli kompyuter oyunlarının həvəskərları!

Azərbaycan Kiber İdman Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Odlar Yurdu” oyunu üzrə çempionat keçirir. Tədbir dekabrın 28-də saat 11.00-da Park İnn otelinin “Dan ulduzu” zalında keçiriləcək.
Qeydiyyatdan keçməkdən ötrü aşağıdakı linkdən elektron qeydiyyat formasını yükləyib doldurun:
http://www.cybersport.az/…/20…/OY/RegistrationForm2015OY.doc
Daha sonra doldurulmuş qeydiyyat formasını [email protected] elektron ünvanına yollayın. Qeydiyyat dekabrın 27-i saat 18:00-dək açıqdır.

Oyunu bu linkdən yükləyə bilərsiniz: http://www.landoffire.az və yahttp://www.landoffiregame.com

Çempionatın reqlamenti:
– Bütün oyunlar Olimpiya sistemi üzrə keçiriləcək. Növbəti raunda keçmək üçün bir qələbə tələb olunur (BO1);
– Oyunçuların sayı: 1 vs 1;
– Millət seçimi: sərbəst;
– Xəritə: Ədələtli döyüş;
– Rejim: Üstün mövqe tutmaq;
– Taym-limit: 45 dəqiqə. Hakimin fikri ilə oyunun vaxtı uzadıla bilər. Passiv oyun müşahidə olunarsa, oyunçular kənarlaşdırıla bilər;
– Qələbənin şərtləri – Kəndlərin 2/3 hissəsinin işğalı və əldə saxlanılması və ya rəqibin bütün tikililərinin tam məhvi və ya rəqibin sarayının (sarayların) məhvi;
– Quldur dəstlərin hesabına möhkəmlənmə: qadağandır;
– Tərəflərin dəyişdirilməsi: qadağandır.

Bir cavab yazın

Back to top button