Odlar Yurdu Universiteti gənc və peşakar müəllimlərin aşağıdakı ixtisaslar üzrə işə qəbulunu elan edir

VAKANSİYA!

Odlar Yurdu Universiteti 2020-2021-ci tədris ilindən başlamaqla Universitetin “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tətbiqi, Keyfiyyətin Təminatı Mərkəzinin qarşıya qoyduğu 5 (beş) illik strateji plan üzrə tələblərin həyata keçirilməsi və vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinə keçidin təmin edilməsi məqsədi ilə gənc və peşakar müəllimlərin aşağıdakı ixtisaslar üzrə saat hesablı, yarım ştat və tam ştat olmaqla işə qəbulunu elan edir:
Bakalavr səviyyəsi üzrə tədris:
• Məktəbəqədər təhsil;
• Təhsildə sosial-psixoloji xidmət;
• Xarici dil müəllimliyi (ingilis dili üzrə);
• Beynəlxalq münasibətlər;
• Filologiya (Azərbaycan dili və ədəbiyyatı);
• Psixologiya;
• Tərcümə (ingilis dili üzrə);
• Dizayn (interyer, qrafik, modelyer istiqamət üzrə);
• Biznesin idarə edilməsi;
• Dövlət və bələdiyyə idarəetməsi;
• İqtisadiyyat;
• Maliyyə;
• Marketinq;
• Menecment;
• Mühasibat;
• Biologiya;
• Ekologiya;
• İnformasiya texnologiyaları;
• Kompüter mühəndisliyi;
• Sosial iş;
• Turizm işinin təşkili

Tələblər:
• Elmi dərəcəsi;
• İngilis və rus dillərində mükəmməl yazma və ünsiyyət qabiliyyəti;
• Tədqiqat – təhlil bacarıqları və vərdişləri;
• Müvafiq istiqamət üzrə ən azı 3 illik pedaqoji iş təcrübəsi;
• Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları;
• Müasir tədris metodları üzrə sertifikatlar;
• Müvafiq xarici dil(lər) üzrə setifikatlar
Əsas vəzifələr:
• Bakalavr, Magistratura və Doktoranturada səviyyəsində təhsil alan tələbələrə təyin olunan fənlərin tədrisi;
• Universitet tədris standartlarına cavab verən fənlər üzrə sillabusların hazırlanması;
• Dərslər, elmi müzakirələr və sərbəst işlər üzrə materialların planlaşdırılması və hazırlanması;
• Akademik araşdırmaların aparılması, hazırlanmış materialların yerli və xarici elmi jurnallarda dərc etdirilməsi;
• Müvafiq Departamentlərə dərsdənkənar tədbirlər təşkilində iştirak etmək
Qeyd:
1. Xaricdə təhsil almış, yüksək təcrübəyə malik, müasir tədrisin təşkili və qiymətləndirilməsi meyarlarına uyğun olan namizədlərə üstünlük veriləcək;
2. Müraciət edən namizədlər arasından müsabiqədə iştirak hüququ qazananların sənədlərinin yoxlanılması, müsahibəyə dəvət olunması və işə qəbul olunması məqsədi ilə Odlar Yurdu Universitetində Müsahibə Komissiyası yaradılmışdır;
3. Namizədlərin peşəkarlıq səviyyəsindən asılı olaraq əməkhaqqı komissiya tərəfindən fərdi qaydada müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button