12 İyun 16:07

Odlar Yurdu Universitetində vakansiyalar

Odlar Yurdu Universiteti 2019-2020-ci tədris ilindən başlamaqla Universitetin “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tətbiq edilməsi, Keyfiyyətin Təminatı Mərkəzinin qarşıya qoyduğu 5  illik strateji plan üzrə tələblərin həyata keçrilməsi və eləcə də vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinə keçidin təmin edilməsi məqsədi ilə gənc və peşakar müəllimlərin aşağıdakı ixtisaslar üzrə saat hesablı, yarım ştat və tam ştat olmaqla işə qəbulunu elan edir.

Bakalavr səviyyəsi üzrə tədris;
• Kompüter mühəndisliyi

• İstehlak mallarının ekpertizası və marketinq
• Beynəlxalq münasibətlər
• Dünya iqtisadiyyatı
• Mühasibat uçotu və audit
• Maliyyə
• Menecment
• Marketinq
• Biznesin idarəedilməsi
• Dövlət və bələdiyyə idarəetməsi
• Turizm və otelçilik
• Kommersiya
• Xarici dil müəllimliyi (ingilis)
• Məktəbəqədər təlim və tərbiyə
• Təhsildə sosial-psixoloji xİdmət
• Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
• Tərcümə (İngilis dili)
• Sosial iş
• Biologiya (Mikrobiologiya istiqaməti üzrə)
• Psixologiya
• Ekologiya
• Dizayn (Memarlıq, interyer istiqamət üzrə)

Magistratura səviyyəsi üzrə kadr hazırlığı:
• Xarici dil müəllimliyi
• Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə)
• Filologiya
• Azərbaycan dili
• Azərbaycan ədəbiyyatı
• Dünya iqtisadiyyatı
• Beynəlxalq iqtisadi münasibətlər
• Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri
• Maliyyə
• Bank işi
• Maliyyə nəzarəti və audit
• Menecment
• Menecment (təhsil, turizm, səhiyyə, ümumi menecment)
• Marketinq (sahələr üzrə)

MBA proqramı üzrə:
• Biznesin idarə edilməsi

Doktorantura səviyyəsi üzrə kadr hazırlığı:
• Maye,qaz və plazma mexanikası
• Mikrobiologiya
• Sistemli analiz,idarəetmə və informasiyanın işlənməsi
• Dünya iqtisadiyyatı
• Sahə iqtisadiyyatı
• Dil nəzəriyyəsi
• Ümumi psixologiya

Tələblər:
• Elmi dərəcəsi
• İngilis və rus dillərində mükəmməl yazma və ünsiyyət qabiliyyəti
• Tədqiqat – təhlil bacarıqları və vərdişləri
• Müvafiq istiqamət üzrə ən azı 3 illik pedaqoji iş təcrübəsi
• Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları
• Müasir tədris metodları üzrə sertifikatlar
• Müvafiq xarici dil(lər) üzrə setifikatlar

Əsas vəzifələr:
• Bakalavr, Magistratura və Doktoranturada səviyyəsində təhsil alan tələbələrə təyin olunan fənlərin tədrisi
• Universitet tədris standartlarına cavab verən fənlər üzrə sillabusların hazırlanması
• Dərslər, elmi müzakirələr və sərbəst işlər üzrə materiallarının planlaşdırılması və hazırlanması
• Akademik araşdırmaların aparılması, hazırlanmış materialların yerli və xarici elmi jurnallarda dərc etdirilməsi
• Müvafiq Departamentlərə dərsdənkənar tədbirlər təşkilində iştirak etmək

Qeyd:
1. Xaricdə təhsil almış, yüksək təcrübəyə malik, müasir tədrisin təşkili və qiymətləndirilməsi meyarlarına uyğun olan namizədlərə üstünlük veriləcək;
2. Müraciət edən namizədlər arasından müsabiqədə iştirak hüququ qazananların sənədlərinin yoxlanılması, müsahibəyə dəvət olunması və işə qəbul olunması məqsədi ilə Odlar Yurdu Universitetində Musahibə Komissiyası yaradılmışdır;
3. Namizədlərin peşəkarlıq səviyyəsindən asılı olaraq əməkhaqqı komissiya tərəfindən fərdi qaydada müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər öz CV-lərini avqust ayının 15-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)