24 May 13:56

“Odun oğurlanması. Prometeydən neftə qədər” sərgisi Kapellhausda açılacaq

Odun oğurlanması.

Prometeydən neftə qədər

 

01.06. – 30.06.2019

 

Sərginin açılışı: 31.05.2019, 19:00

Sərginin iş saatları: Çərşənbə – Bazar, 13:00-19:00

Kapellhaus (28 May küç., 35), Bakı, Azərbaycan

Giriş sərbəstdir

 

Odun oğurlanması. Prometeydən neftə qədər sərgisi 31 may 2019-cu il tarixində Kapellhausda açılacaq

 

Prometey haqqında əfsanənin və xam neftin ilk dəfə sənaye yolu ilə çıxarılmasının mənşəyinin eyni dağlıq ərazidə olması yəqin ki, təsadüfi deyildir. Yunan mifologiyasına görə Prometey odu tanrılardan oğurlayır və onu insanlara gətirir. Cəza olaraq o, Zevs tərəfindən Qafqaz dağlarında bir qayaya zəncirlənir. Azərbaycan “Odlar Yurdu” ölkəsi kimi tanınır və beləliklə onun paytaxtı da odun qoruyucusu, sanki Vesta rahibəsidir.

 

Bakıda neft qüllələri Zərdüştə həsr olunmuş Atəşgahın və qədim dövrlərdən bəri içindən təbii qaz çıxan Yanardağın yaxınlığında yerləşir. Burada təbiətin məhsuluna sanki həm də böyük estetik potensiala malik olan  ruhi bir element aid edilir ki, bu da sərginin sənətkarları üçün ilham mənbəyi olmuşdur.

 

Odgətirən və ustad olaraq, Prometey (yunanca: qabaqcadan düşünən) insan sivilizasiyasının yaradıcısıdır.

 

Hələ antik dövrdə Prometeyin taleyi təsirli ədəbi süjet və təsviri incəsənətdə sevilən bir motiv idi. İntibah dövründən bəri çoxsaylı şairlər, yazıçılar, rəssamlar, heykəltəraşlar və bəstəkarlar bu mövzuya müraciət etmişdirlər. Bu mif həm də fəlsəfi düşüncəyə davamlı olaraq təkan vermişdir. Dini tənqidi baxımdan Prometey cəhalətdən və dini istismardan azadlığın təməlini qoymuş cəsur qiyamçı prototipi idi. Müasir dövrümüzdə  Prometey  elmi-texniki tərəqqinin və insanların təbiət üzərində artan hökmranlığının simvoludur. Bu səbəbdən o, tarixi- fəlsəfi perspektivdən aslı olaraq müxtəlif cür dəyərləndirilir: tərəqqi optimistləri üçün o, bəşər emansipasiyasının təcəssümüdür, bundan fərqli olaraq sivilizasiya tənqidçiləri Prometey impulsunun ziddiyyətli və şübhəli olduğunu düşünür və insanın mümkün qədər qeyri-məhdud hakimiyyət həvəsi və Allahlıq iddiasını problem olaraq görürlər.

 

Əgər neft bir tərəfdən böyük enerji potensialına əsaslanaraq dünyanın bir çox yerlərində iqtisadi tərəqqi və rifahı mümkün etmişdirsə, digər tərəfdən böyük ekoloji ziyanlara, geosiyasi münaqişələrə və sosial gərginliklərə səbəb olmuşdur.

 

Dünya xəritəsinə nəzər salsaq, ən böyük xammal yataqlarının çox əlverişsiz ərazilərdə yerləşdiyinin şahidi oluruq: Sibirin tundrasında, Ərəbistanın səhralarında, Pataqoniya ucqarlarında və Xəzər çökəkliyində və ya Arktikanın heç kəsin yaşamadığı torpaqlarında. Bu təbiətin sonradan etdiyi düzəliş deməkdirmi?

 

Neft geosiyasətində Bakının xüsusi rolu vardır. Belə ki, burada  19-cu əsrdə ilk dəfə irimiqyaslı sənaye neftinin istehsalı baş tutub. 20-ci əsrin əvvəllərində qlobal neft istehsalının demək olar ki, yarısı tezliklə ilk “neft şəhəri”nə çevrilən və hər cür sahibkarları cəlb edən Azərbaycan paytaxtının payına düşürdü. Sovet dövründə Bakı ekoloji böhran zonası hesab olunurdu ki, bunun da zərərləri müstəqillik bərpa olunduqdan sonra aradan qaldırıla bildi. Neft bumu unikal şərq üslublu qədim  “İçəri Şəhər “-in restavrasiyası da daxil olmaqla həmçinin mədəniyyət sahəsində böyük sərmayələr qoyulmasını mümkün etdi.

 

Kuratorlar: Alfons Huq və Əsli Səmədova.

 

Sərgi, cümə günü 31 may 2019-cu il tarixində, saat 19:00-da Kapellhausda (28 May küç., 35) açılacaq və 30 iyun tarixinə qədər davam edəcək. Sərginin ziyarət vaxtları: Çərşənbə – Bazar, saat 13:00-19:00-qədər. Giriş sərbəstdir.

 

Sənətkarlar:

 

  • Monira Al Qadiri, Almaniya, Günəşin arxasında, 2013, tək kanallı video, 10’

 

  • Orxan Hüseynov, Azərbaycan, Nef dəsgahı, 2011, tək kanallı video, 3’

 

  • Andréas Lanq, Almaniya, Yanğın üçün qazma, 2019, fotoqrafiya və video

 

  • Marko Montil-Soto, Venesuela, Villa Petrolea, 2019, sahəyə uyğun- xüsusi instalyasiya

 

  • Samir Salahov, Azərbaycan, Mükemmel zede, 2019, iki-kanallı video animasiya, 3’

 

  • Tita Salina, Indoneziya, 1001- ci ada – arxipelaqda ən dayanıqlı adadır, 2016, tək kanallı video, 14’11’’

 

  • Sadeq Souri, Iran, Yanacaq qaçaqmalçılığı, 2017, fotoqrafiya

 

  • Georq Osodi, Nigeriya, Neftlə zəngin Nigeriya Deltası, 2003-2007, fotoqrafiya

 

  • Sabina Şıxlinskaya və Çinarə Məcidova, Azərbaycan, Məktub yetişmədi, 2019, sahəyə uyğun-xüsusi instalyasiya
Bəyən və paylaş

Rəylər

rəy(lər)