Ofis administratoru vakansiyası

Vakansiya: Ofis administratoru
* İş yeri: Bakı
* İş rejimi: 6/7 gün
* İş vaxtı: 09:0-18:00
* Əmək haqqı : 350-400 AZN
* İş haqqında:
Şirkətə gələn məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasını formalaşdırmaq;
Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırılmasını (faksla, poçtla, kuryerlə, elektron poçtla və s.) təşkil etmək;
Yığıncaqların və görüşlərin planlaşdırılması və təşkilini həyata keçirmək;
Şirkətlərlə şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında işgüzar yazışmalar aparmaq;
Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, faks, mail göndərmək və rəhbərlik olmadığı vaxtda daxil olan məlumatları qeyd etmək və düzgün şəkildə rəhbərliyə çatdırmaq.

* Tələblər:

Ali təhsil;
Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
Azərbaycan dili – əla, Rus dili – yaxşı, (İngilis dili yaxşı səviyyədə bilməsi üstünlükdür)
MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmə bacarığı;
Səlis və işgüzar danışıq bacarığı;
Məsuliyyətlilik, stressə davamlılıq, problem həlletmə, planlaşdırma, nəzarətedicilik bacarıqları.

Uyğun və maraqlanan şəxslər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button