Çərşənbə axşamı, 3 İyun, 2025

Ofis menecer vakansiyası


  • Dərc edildi: 22 Oktyabr, 2021 - 11:48
Ofis menecer vakansiyası

Ofis menecer Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində ofis meneceri vakansiyasını elan edir. Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır. Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər. Hansı özəlliklərə malik olmalıdır? • Ali təhsil • 21-29 yaş aralığında gənclər • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür) • Səlis və aydın

nitq qabiliyyəti • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı • Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq Ofis meneceri nə iş görür? • Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi • Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi • Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi • Müştərilərin qarşılanması, müştərilərə lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi • Görülən işlərlə bağlı hesabatların hazırlanması Əlavə məlumat: • Bazar ertəsi – Cümə: 09:30 – 18:30 • Şənbə: 10:00 – 14:00 • Əmək haqqı: 300 AZN Zəhmət olmasa CV-nizi mövzu hissəsində“Ofis menecer” qeyd etməklə[email protected]e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 37
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 159
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 149
Lisey və gimnaziyala...