10 Yanvar 22:34

Ofis meneceri tələb olunur

Turizm.Az şirkətinə çoox diribaş xanım ofis meneceri tələb olunur. Aşağıdaki işlərə ağız burun əyməyəcəksə, oğlan da ola bilər. 🙂
Görəcəyi işlər: Ofisin texniki və təsərrüfat işlərinin icrası, xadimənin işinə nəzarət, ofisimizdə qonağımız olanda onlara çay verilməsi, işçilərə yeməyin sifariş edilməsi, ofisə bazarlıq edilməsi, sənədlərin şəhərdaxili ünvana çatdırılması. Qeyd edim ki, bu işlərin ad olaraq sayı çox olmasına baxmayaraq hərəsindən çox az-az tələb olunduğu üçün 2 işçi götürməyə ehtiyac yoxdur.
Qiyabi oxuyan tələbələr də müraciət edə bilər.

Maaş: 300 AZN
Maraqlanan şəxslərdən CV-lərini aşağıdaki ünvana göndərmələri xahiş olunur:
[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)