Ofisiant üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı
Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Ofisiant peşəsi üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
- Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 18-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Orta vəya ali təhsilli şəxslər
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Restoran sahəsində işləmək istəyənlər.
- Ünsiyyətcil və məsuliyyətli şəxslər.
- Müştəri məmnuniyyətinə önəm verənlər.
2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
A. Ofisiant Peşəsinin Əsasları:
- Ofisiantın vəzifə öhdəlikləri və xidmət prinsipləri.
- Masa düzülüşü və servisin mərhələləri.
- Menyu ilə işləmə və məhsul bilikləri.
- Gigiyena və təhlükəsizlik standartları.
B. Müştəri Xidməti və Ünsiyyət Bacarıqları:
- Müştəri ilə nəzakətli və peşəkar ünsiyyət.
- Sifarişin düzgün qəbulu və vaxtında çatdırılması.
- Problemli situasiyalarda düzgün yanaşma.
- Qonaqpərvərlik və xidmət keyfiyyətinin artırılması.
C. Komandada İşləmə və İş Prosesi:
- Mətbəx və zal arasında koordinasiya.
- Komanda daxilində əməkdaşlıq.
- Kassa və ödəmə sistemləri ilə tanışlıq.
- Növbə və iş qrafiklərinin təşkili.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
- 1.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Təlim – Restoran şəraitində real müştəri xidməti təcrübəsi.
- Peşəkar Mentorluq – Təcrübəli ofisiantlar və menecerlər tərəfindən yönləndirmə.
- Sertifikat – Proqramı uğurla tamamlayanlara təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:
https://forms.gle/tZV1Z7V5CRnZQvYi8
Şirkət: Vision Academy
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt: www.visionacademy.az
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb