24 Aprel 23:00

oikos Debat

‘’oikos Debat’’ bir stol arxasında əyləşib əhəmiyyətli mövzular barədə fikir irəli sürə biləcəyiniz bir layihədir.
Bu proyektdəki əsas məqsədimiz dünyanın və Azərbaycanın üzləşdiyi İqtisadiyyat, Ekologiya və Qlobal İstiləşmə mövzularını üzə çıxarmaqdır. Debatlar müxtəlif cəhətdən mübahisəli olan 2 əsas mövzuya köklənəcək.

Mövzular:

1. Ölkələr neft və neft məhsullarının istehsalına son qoyaraq Dayanıqlı inkişafa əsaslanan İqtisadiyyat və Ekologiya sahələrinə fokuslanmalıdır.
2. Ölkələr əhalinin sağlamlığının qayğısına qalmaq məqsədi ilə siqaret istifadəsini qadağan etməlidir.

Ümumilikdə ‘’oikos Debat’’ üçün 20 iştirakçı seçiləcək. Təlimçilər isə ‘’oikos Baku’’ tərəfindən təyin olunacaq.
Bununla yanaşı, ‘’oikos Debat’’ məhsuldar müzakirələri və seminarları əhatə edəcək. İştirakçılar təlimçilərə öz suallarını ünvanlamaq və onlarla birlikdə müzakirə etmək imkanını əldə edəcək.
Layihənin sonunda iştirakçılar əldə olunan nəticənin ümumi təsvirini görəcəklər. Bu proyekt problemlərə başqa perspektivlərindən baxmağı təklif edir və gələcəyin layihə menecerlərinə bu problemlərin ictimai səviyyədə həll etməsi üçün şərait yaradır.

Əgər sən də yaşadığın dünya, ölkə və cəmiyyət üçün müsbət təsir yaradacağına inanırsansa, ‘’oikos Debat’’ sənin üçün doğru yerdir. Gəl və dünyanı yaşamaq üçün daha yaxşı yer edə biləcəyin fikrinə sahib insanları tap!

“oikos Debat”- da iştirak etmək üçün zəhmət olmasa aşağıdakı formu doldurun

https://forms.gle/UFXkm6XfP66N4euZ9

Bəyən və paylaş

Rəylər

rəy(lər)