14 Oktyabr 15:30

Ole! kollektivinin ustad dərsi

“Ole!” kollektivinin ustad dərsi
“İncəsənət hisslər, artist isə hisslərin carçısıdır”.

Musiqili teatr kollektivinin üzvləri hər kəsi ustad dərsdə iştirak etməyə dəvət edir. Ustad dərs sizə öz aktyorluq mesajınızı tamaşaçılara çatdırmaq məqsədi ilə müxtəlif səhnə üsulları və texnikalarını düzgün tətbiq etməyə, bu halda tamaşaçı cəlbinin maksimum effektinə nail olmağa öyrədəcək.

“Ole” kollektivinin iştirakçılarının şüarı belədir: “İstedad hər kəsdə var. Siz sadəcə onu özünüzdə kəşf etməmisiniz”.
Ustad dərs sizə ilk addımları atmağa, səhnədə qorxularınızı aradan qaldırmağa, ictimaiyyət və tənqidçilərlə ünsiyyət zamanı əminlik hiss etməyə kömək etmək məqsədi daşıyır.

Tapşırıqlar: sizə özünüzdə artist, musiqiçi, komediyaçı tapmağa kömək etmək. Analiz, müzakirələr və təcrübə vasitəsilə, sizə öz səhnə quruluşunuzun hazırlayıb yaradılmasının və tamaşaçıları öz arxanızca aparmağın sevincini yaşamağı öyrətmək.

Ustad dərsin aparıcıları sizinlə bunlarla paylaşacaqlar:
Musiqi bacarıqları – flamenko, rumba, pop, svinq.
Gitarada ifa, səs, əllər və rəqsdən istifadə üsulları.
Komediya üsulları: klounada, yumoristika, aktyorluq, ssenarilərin yazılması, şounun yaradılması.
Ustad dərs kiçik 5-10 dəqiqəlik təqdimatla açılacaq. Təqdimat sizi musiqili komediya və kabarenin unikal uyğunluğu ilə tanış edəcək.

Tarix: 16 oktyabr, 14:00-17:00
Məkan: XX – XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir.
Dil: ingilis dili, Azərbaycan dilinə tərcümə ilə.

Bəyən və paylaş

Rəylər

rəy(lər)