“Ölkəm” adlı rəsm müsabiqəsi keçiriləcək

Əziz izləyicilərimiz!
Uşaqların yaradıcılıq potensialını gücləndirmək məqsədilə 18 oktyabr - Dövlət Müstəqillik Günü münasibətilə yeni rəsm müsabiqəsinə start veririk!
“Ölkəm” adlı müsabiqədə 18 yaşına qədər uşaqlar vətənimizi, müharibə qalibiyyətimizi, uğurlarımızı necə təsəvvür etdiklərini əks etdirməlidirlər.
Şərtlərimiz isə çox sadədir. Çəkdiyiniz rəsmə qeyd olaraq adınızı, soyadınızı, yaş və əlaqə nömrənizi qeyd etməli və onları skan edərək [email protected] ünvanına göndərməlisiniz. Rəsmdə, həmçinin "Parabokt"un da adı əks olunmalıdır.
Aparılmış daxili səsvermə nəticəsində ən çox bəyənilən rəsmlər arasından 3 qalib müəyyən ediləcək. Birinci yerin qalibi 500 manat, ikinci yerin qalibi 300 manat, üçüncü yerin qalibi isə 200 manat mükafat qazanacaq.
Müsabiqə 5 oktyabrdan 20 oktyabr tarixinədək davam edəcək.
Hər birinizə uğurlar arzulayırıq!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az