9 Noyabr 13:24

Ölməz musiqilər kimi

Şəhərin tənhalığı.
Gecənin səssizliyi.
Ürəyin döyüntüsü,

yaşadır sənsizliyi.

 
Ölməz musiqilərtək
kaş əbədi qalardın.
Musiqilər olmasa,
çoxdan unudulardın.

 
Ruhu ölmüş ölkəmin;
Gəmisiz “limanları”,
soyuq küçələri var.
“Tənhalıq”dan alışan,
“Bakı gecələri” var.

 
Şopenin “nokturna”sı
üzünü xatırladır.
Bethoven “Eliza”sı
səsini xatırladır.

 
Səni xatırlamaqdan,
yata bilmirəm rahat.
Qulağımda qulaqcıq,
öləcəyəm bu saat.

Emil Hacıyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)