One Caucasus Festival 2016 – Gürcüstan

One Caucasus beynəlxalq festivalının və uzunmüddətli sərhəd bölgələri programının məqsədi Qafqaz gənclərinin görüşmələri üçün ruhladırıcı və təhlükəsiz yer yaratmaqdır.

> MEMARLAR ÜÇÜN QEYDİYYAT : http://www.onecaucasus.org/information-2016/call-for-architects

> ONE CAUCASUS 2016 proqramı tezliklə paylaşılacaq
*
> FESTİVAL VƏ YAŞAYIŞ ƏRAZİSİ (KAMP ZONASI) TAMAMİLƏ ÖDƏNİŞSİZDİR!

> TİFLİSDƏN VƏ TİFLİSƏ NƏQLİYYAT TƏMİN EDİLƏCƏK

❔ Məkan: Tseraqvi, Marneuli rayonu, Kvemo-Kartli regionu, Gürcüstan, Qafqaz, Avroasia

❔ Vaxt: 25-28 Avqust 2016

✌ İndi isə –> Avqustun sonuna vaxtını planla və Tseraqvidə One Caucasus üçün bizə qoşul!

* Çadır və ya yataq tulumu kirayələmək istəyirsinizsə bu formu doldurun:http://goo.gl/forms/ehZqRJnUKxRBSmV92

Əlaqə: +994708692818 Şəfəq
[email protected]com
Veb-səhifə: www.onecaucasus.org

Harada olmağınızdan asılı olmayaraq –Tseraqvidə bizə One Caucasus üçün qoşulun.

 

Avtomobil vasitəsi ilə

Tseraqviyə Marneuli-Sadaxlı yolu ilə getmək lazımdır.

Əgər siz Tiflisdən gəlirsinizsə Şulaveridən sağa dönmək, Əgər siz Azərbaycandan gəlirsinizsə Qırmızı körpü vasitəsi ilə- sola Şulaveriyə dönmək lazımdır. Tseraqvi Sioni kəndindən sonra yolun sonundadır.

 

Avtobus vasitəsilə

Bütün festival günləri müddətində Marneuli bələdiyyəsi tərəfindən təmin olunmuş Marneuli şəhəri, Sadaxlı və Qırmızı Körpüdən Tseraqviyə festival məkanına nəqliyyatlar fəaliyyət göstərəcək.

 

Velosiped vasitəsi ilə

One Caucasus üçün velosiped əldə edin- Qafqaz ölkələri ilə velosiped ilə səyahət üçün praktik məsləhətlər.

https://www.facebook.com/notes/one-caucasus/get-on-the-bike-for-one-caucasus/551774811594383

 

Yaşayış

Tseraqvi kəndi Festival məkanında ödənişsiz düşərgə yeri təklif edir. Siz öz çadırınızı gətirə ya da məkandan çadır kirayə edə bilərsiniz. (qeyd: indi əlaqə saxlayaraq çadır bron edə bilərsiniz. Əlaqə vasitələri: telefon  +995 555 421 422, email [email protected].  Sifariş üçün son tarix 24 avqust)

Marneuli rayonu sizə hotel və hostel tapmaqda yardımcı olacaq.

Marneuli yaşayış və nəqliyyat: +995 599 94 16 57; +995 577 16 19 06 (Gürcü, İngilis, Azərbaycan, Erməni, Rus və İspan)

 

Festival və yaşayış yeri (düşərgə sahəsi) ödənişsizdir!

Tamaşaçı kimi sadəcə gəlib bizə qoşulun, musiqi və başqa fəaliyyətlərimizdən həzz alın. Festival və yaşayış ərazisi üçün xərlər qarşılanır

 

Könüllü kimi : Biz hər il Beynəxlaq könüllük proqramı elan edirik ( 2015-ci ildə 15 ölkədən 80-dən çox namizəd müraciət etmişdir). Könüllülər Tseraqvidə One Caucasus Şəhərciyini qurmaqda və bütün Marneuli regionunda yerli əhali ilə müxtəlif seminarların təşkilində iştirak edirlər. Proqrama aşağıdakı seminarlar və yeniliklər daxildir : One Caucasus Şəhərciyinin qurulması : One Caucasus Şəhərciyinin qurulmasında memarlıq və proqlaşdırma ilə bağlı məzmun və memarlıq üzrə seminarlar. Seminarlara Memarlar və uzunmüddətli könüllülərdən ibarət beynəlxalq komanda və yerli icmaların nümayəndələri rəhbərlik edir.

Azərbaycan, Gürcü və Erməni kəndlərindən olan gənclər üçün təşkil olunan seminarlara daxildir : Animasiya mədəniyyəti – Animasiya filmlərinin çəkilməsi haqqında Marneuli gənclərinə verilən silsilə seminarlara Lude Reno (Martinique, Fransa) rəhbərlik edir. Ədəbiyyat, Əyləncə üzərində qurulmuş Kompüter proqramlaşdırma seminarı və bir çox başqa seminarlar da mövcuddur. Festival üçün One Caucasus gündəlik qəzetinin yaradılmasının da daxil olduğu müxtəlif dillərdə məlumat və təbliğat kompaniyamız fəaliyyət göstərir.

One Caucasus Beynəlxalq Könüllülük Proqramında iştirak etmək istəyirsinizsə 3 ay əvvəlcədən müraciət etməlisiniz.

 

QHT üzvü kimi – One Caucasus ərzində QHT zonasına qoşula bilərsiniz. Avqust ayının 21-ə qədər öz təşkilatınızın One Caucasus haqqındakı proqram təkliflərini[email protected] göndərin.


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close