4 İyun 12:23

“Onkoginekoloji xəstəliklərə müasir yanaşma” mövzusunda beynəlxalq konfrans keçiriləcək

8 iyun 2019-cu il tarixlərində Milli Onkologiya Mərkəzi və İsrail Onkoginekologiya Cəmiyyəti ilə birgə təşkil olunmuş “Onkoginekoloji xəstəliklərə müasir yanaşma” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirdə Azərbaycan, İsrail və Alman mütəxəssislər iştirak edəcəklər.

Konfransda İsraildən Prof. Ofer Gemer, Prof. Alon Ben-Arie, Dr. Ahmet Namazov və Almaniyadan Dr. Alfred Hansel onkoginekologiyadakı ən son elmi-praktiki bilikləri, bir sıra aktual yenilikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər.

Prof Ofer Gemer- Barzilai Tibb Mərkəzinin Ginekologiya şöbəsinin müdiridir. İsrail Onkoginekologiya Cəmiyyətinin Prezidenti, “Israil Gynecologic Oncology Study” qrupunun qurucusudur.

Prof Alon Ben Arie- Kaplan Tibb Mərkəzinin Mama-ginekologiya şöbəsinin müdiridir.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə 7 kredit vahidi verilmişdir. Konfransın sonunda iştirakçılara sertifikat veriləcək.

Konfrans iyun ayının 8-i Milli Onkologiya Mərkəzi, Müalicə korpusu, Konfrans zalında təşkil olunacaq.

Qeydiyyat saat 10:00-11:00 qədər davam edəcək.

Tədbirdə iştirak pulsuzdur.

Tədbirdə iştirak etmək üçün əlaqə:
e-mail : [email protected]
mob.: +994554955569

Bəyən və paylaş

Rəylər

rəy(lər)