Onlayn müsabiqənin Bağlanış və Mükafatlandırma mərasimi baş tutub

Bu gün “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “Paylaş! Qazan! Biznesinə Başla!” onlayn müsabiqəsinin Bağlanış və Mükafatlandırma mərasimi baş tutub.

Dəvət olunan qonaqlar qismində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının koordinatoru Müşviq Həsənov və ideya müəllifləri komanda yoldaşları ilə birlikdə iştirak ediblər.

Rəsmi çıxışlarını edən qonaqlar və layihə iştirakçıları müsabiqə haqqında öz fikir və təəssüratlarını bölüşüblər:
“Paylaş! Qazan! Biznesinə Başla!” onlayn yarışmanın nəticəsində “VeloKuryer” layihəm 626 AZN dəyərində ilkin investisiya qazandı. Buna görə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. İnanıram ki, “Youth Inc.” Proqramı ilə əməkdaşlığımız uğurlu olacaq. Layihə rəhbəri Tofiq Hidayətzadə

Bu günki tədbiri ətraflı şəkildə 13 may, saat 19:30-da MAG verilişində izləyə bilərsiniz.

13394170_461704487358938_5484157156578788257_n 13419036_461704497358937_4634055188081441843_n 13445609_461704460692274_4072885881418965890_n

Bir cavab yazın

Back to top button