“Online Startup School” proqramı

“Online Startup School” proqramı üçün hazırsınız?
İnnovasiyalar Agentliyi təcrübəli mentor komandası və Azərbaycan dilində 30-dan artıq tədris materialı ilə 30 fundamental mövzunu özündə birləşdirən “Online Startup School” layihəsi üçün qeydiyyatı açıq elan edir!
30-dan çox fundamental mövzunu özündə birləşdirən proqramın əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində sahibkarlığın və startap hərəkatının dəstəklənməsi, Azərbaycan gənclərinə müasir və beynəlxalq standardlara uyğun startap quruculuğu, texnoloji biznes idarəetməsi və inkişafı ilə bağlı biliklərin aşılanmasıdır.
Proqram “Y Combinator” və Steve Blank-in beynəlxalq təcrübələri əsasında Azərbaycan dilində hazırlanmışdır.
Əgər siz də ideya, konsepsiyalaşdırma, müştəri analizi, maliyyə planlaşdırılması, komanda quruculuğu kimi bir çox önəmli mövzuları özündə birləşdirən və 2.5 ay davam edən tədris proqramına qoşulmaq, daha sonra öz nümunə konsepsiyanızı hazırlamaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin!
 Kursun müddəti: 2,5 ay
 Son qeydiyyat tarixi: 25.01.2021
 Qeyd: Proqram ödənişsizdir

Bir cavab yazın

Back to top button