31 Oktyabr 16:35

“Operatorluq və Montaj” sahəsi üzrə təcrübə proqramı

“Operatorluq və Montaj” sahəsi üzrə təcrübə proqramı

PreMark şirkəti “Operatorluq və montaj” sahəsi üzrə 18-25 yaş arası gənclər üçün ÖDƏNİŞSİZ təcrübə proqramı elan edir.

Proqrama qatılanlar sürətləndirilmiş təlim keçəcək, daha sonra real iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Təcrübə proqramı çərçivəsində iştirakçılara aşağıdakı bilik və bacarıqlar ötürüləcək:

  • Kamera növləri – iş prinsipləri
  • Çəkiliş avadanlıqları
  • Operator işi
  • Kamera qarşısında iş
  • Daxili və çöl çəkilişləri
  • Montaj proqramları – Adobe Premiere, Adobe After Effects
  • Reportajların çəkilişi və montajı
  • Verilişlərin çəkilişi və montajı

Kimlər iştirak edə bilər:

  • 18-25 yaş aralığı;
  • Ünsiyyətcil və komanda ilə işləmə qabiliyyəti olan;
  • Müstəqil qərar vermə bacarığına sahib;
  • Yaradıcı gənclər.

Təcrübə proqramına müraciət üçün ixtisas tələb olunmur. Tələbələrin isə dərs və imtahan vaxtları nəzərə alınacaq.

Arzu edənlər CV – lərini [email protected] ünvanına göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılacaq. İştirakçılar kurs müddətində bütün zəruri avadanlıqlarla təmin ediləcəklər.

Proqramı uğurla başa vuranlar müxtəlif media qurumlarına iş üçün tövsiyə olunacaq, Sertifikatla təltif ediləcək və PreMark komandasının bir üzvünə çevrilmək şansı əldə edəcəklər.

İştirakçıların yol xərci və yeməyi proqram tərəfindən qarşılanacaq.

Son müraciət tarixi: 10 noyabr 2019-cu il.

Bəyən və paylaş

Rəylər

rəy(lər)